Şahzadə Uilyamdan etiraf: “Kral III Çarlz futbola nifrət edir“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral III Çarlz bu idman növünü sevmir.
Moderator.az xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb.
Veriliş idmançının müğənni Teylor Sviftlə toyundan cəmi bir neçə saat əvvəl yayımlanıb.
"Qətiyyən yox. Atam futbola nifrət edir", - deyə şahzadə Uilyam futbol sevgisini atasından miras alıb-almadığı ilə bağlı sualı cavablandırarkən bildirib.
Söhbətin əsas mövzusu Şimali Amerikada keçiriləcək futbol üzrə 2026-cı il dünya çempionatı olub.
Qeyd edək ki, Uels şahzadəsi İngiltərə Premyer Liqasında çıxış edən "Aston Villa" klubunun sadiq azarkeşidir. O, eyni zamanda İngiltərə millisinin kapitanı Harri Keynin də böyük pərəstişkarı kimi tanınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 04 İyul 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















