“Şahzadə Uilyamın Britaniyadakı iqamətgahına adam soxulub” − “The Sun”
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London polisi Britaniya taxt-tacının varisi şahzadə Uilyam və onun həyat yoldaşı Ketrinin iqamətgahı olan Kensinqton sarayının ərazisinə daxil olan şəxsi saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, 39 yaşlı Derek Eqan ardıcıl olaraq iki dəfə - dekabrın 21-də və 23-də - kral ailəsi üzvlərinin təhlükəsizliyinə cavabdeh olan Skotland-Yardın xüsusi bölməsinin əməkdaşları tərəfindən iqamətgahın bağçalarında saxlanılıb.
Qəzet həmin şəxsin ilk hadisədən sonra zaminə buraxıldığını vurğulayıb.
Nəşr qeyd edib ki, Uels şahzadəsi ailəsi ilə həmin vaxt Kensinqton sarayında olmayıblar. Onlar İngiltərənin şərqindəki Sandringem mülkündəki Anmer Hollda, Britaniya kral ailəsi ilə ənənəvi olaraq Milad bayramını qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:Şahzadə Uilyamın iqamətgahına iki dəfə girən şəxs tutulub
01 Yanvar 2026 15:52
Şahzadə Uilyamın görünüşü pərəstişkarlarını qorxudub
28 Noyabr 2024 17:26
Şahzadə Harri və Uilyamın bacıları Britaniyada ölü tapıldı
22 İyul 2025 12:31
Ailə baxımından amansız il oldu: Şahzadə Uilyamın açıq etirafı
08 Noyabr 2024 16:33
Baxış sayı:74
Bu xəbər 01 Yanvar 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















