Şair Aytəkin Mehmanqızının kitablarının təqdimatı keçirildi
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün baş tutan VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında yazıçı-şair Aytəkin Mehmanqızı oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı olan A. Mehmanqızı 3 şeir kitabının müəllifidir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda Yunus Emre yaradıcılığı ilə bağlı yeni araşdırmalar təqdim olundu - FOTO
Festival çərçivəsində Aytəkin Mehmanqızının “Müdriklik xəzinəsi”, “Şairlik zirvəsi” və “Qaranlıq gecənin bir sabahı var” adlı kitabları oxuculara təqdim olunub.
Müəllif yaradıcılığında əsasən nəsihətamiz fikirlərə, hikmətli sözlərə, aforizmlərə və xüsusilə, didaktik şeirlərə yer verir.
Bildirilib ki, yaxın zamanda müəllifin publisistik janrda yeni kitabının da nəşri nəzərdə tutacaq. Kitabda Zəfərimiz, şəhidlərin taleyi və ümumbəşəri mövzular əksini tapacaq.
Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media
Baxış sayı:289
Bu xəbər 22 May 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















