Icma.az
close
up
RU
Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub

Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 9 may, AZƏRTAC

İsmayıllı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Mövlud Teymurun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İnzibati-təşkilati işlər sektorunun baş mütəxəssisi Nilufər Mürsəliyeva, Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva, şairin qələm dostları, eləcə də rayonun mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər Mövlud Teymur poeziyasının özünəməxsus bədii ifadə tərzi, obrazlı dili, zəngin mövzu dairəsi və dərin fəlsəfi məzmunu ilə Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu qeyd ediblər. Bildirilib ki, şairin yaradıcılığı illər keçdikcə daha da zənginləşərək milli poeziyamıza yeni bədii çalarlar və orijinal nəfəs gətirib. Daim axtarışda olan sənətkar həyat, insan, vətən, cəmiyyət və mənəvi dəyərlərlə bağlı düşüncələrini səmimi və təsirli poetik dillə oxucularına çatdırır.

Diqqətə çatdırılıb ki, şairin “Bir sözüm var”, “Haqqın ömrü”, “Tarixlərdə qalacaq”, “Göyçay çinarları”, “Rəsul Rza demişkən”, “Qarabağ bizimdir”, “Çox sevirəm anamı”, “İsti adamlar”, “Ürək yanğısı”, “Qar bərəkətdir”, “İsmayıllı dağları”, “Gənclik illərim”, “Yaxşı adam”, “Qəlbimin sazı” və digər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Ümumilikdə 20-yə yaxın şeir və poema kitabının müəllifi olan Mövlud Teymurun yaradıcılığında ana vətənə, doğma yurda, el-obaya, təbiətə və milli-mənəvi dəyərlərə bağlılıq xüsusi poetik həssaslıqla tərənnüm edilir. Onun əsərlərində insanın daxili aləmi, saf sevgi, mənəvi təmizlik və həyata nikbin baxış bədii-estetik çalarlarla əks olunur.

Tədbir çərçivəsində kitabxananın əməkdaşları Aytəkin Dəmirova, Ruhiyyə Nuğayeva və Könül Mirzəliyeva tərəfindən şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Sonda fəal oxucular Ayla İbrahimova və Leyla Lətifzadə, həmçinin 1 və 2 nömrəli şəhər kitabxana filiallarının əməkdaşları Məhluqə Abdullayeva və Cəmalə Zərbalıyeva şairin yaradıcılığından nümunələr səsləndirərək tədbirə xüsusi bədii ovqat bəxş ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2026 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri