Icma.az
close
up
RU
Şair Zülfi Vellidağın yeni kitabı çap olundu

Şair Zülfi Vellidağın yeni kitabı çap olundu

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qocaman pedaqoq, şair Zülfi Vellidağın yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Cəlilabadda yaşayıb-yaradan ustad pedaqoq, şair, Cəlilabad rayon Ağsaqqallar Şurası İdarə heyətinin və DGTYB Məsləhət Şurasının üzvü Zülfi Vellidağın yeni şeirlər kitabı – “Qəlbimdən gələn səslər” işıq üzü görüb.

Vətənpərvərlik mövzusunda şeirlərin üstünlük təşkil etdiyi sözügedən kitab 26 İyun – Silahlı Qüvvələr Günündə Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində ictimaiyyətə təqdim olunub.

Şairin 75 illik yubileyi münasibətilə ərsəyə gələn kitab müəllifin uzun illər ərzində formalaşmış həyat və yaradıcılıq təcrübəsini özündə əks etdirən zəngin poetik topludur.

Kitabda müxtəlif janrlarda qələmə alınmış şeirlər, o cümlədən bayatılar, qəzəllər, mənzum hekayələr, təmsillər, poemalar, eləcə də müəllifin həyat müşahidələrini əks etdirən “Yarpaqlar” silsiləsi yer alıb. Vətən sevgisi, milli yaddaş, Güney Azərbaycan mövzusu, şəhidlik, mənəvi dəyərlər, ədalət axtarışı, ümumən insan taleyi kitabın əsas ideya xəttini təşkil edir.

Müəllif klassik Azərbaycan poetik ənənələrini çağdaş düşüncə ilə uzlaşdıraraq sadə, səmimi və xəlqi üslubda oxucu ilə ünsiyyət qurur.

Kitabda yer alan poetik örnəklərdə müəllim ömrünün təcrübəsi, xalq hikməti və müəllifin vətəndaş mövqeyi öz əksini tapıb.

Təqdimatda rayon ictimaiyyətinin nümayəndələri, dövlət və ictimai qurumların təmsilçiləri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvləri, yazıçı və şairlər, alimlər və mədəniyyət işçiləri iştirak edib.

Milli Məclisin deputatı, professor Elman Nəsirov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti, təqdimatı keçirilən kitabın önsöz müəllifi Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Varid Əsgərov, AYB Həmkarlar İttifaqının sədri, şair-publisist Faiq Balabəyli, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, tarixçi, publisist Cavid İsmayıl, həmçinin Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri çıxış edərək müəllifin Azərbaycan ədəbiyyatına, təhsil sahəsinə və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələri yüksək qiymətləndirib, yeni kitabın oxucular tərəfindən maraqla qarşılanacağına inam ifadə ediblər.

Çıxışlarda vurğulanıb ki, Zülfi Vellidağın yaradıcılığı xalq ruhuna bağlılıq, mənəvi məsuliyyət və vətənpərvərlik kimi yüksək dəyərlər üzərində formalaşıb. Onun “Qəlbimdən gələn səslər” kitabı da bir aydın ömrünün, zəngin həyat təcrübəsinin və mənəvi yolun poetik salnaməsi kimi dəyərləndirilib.

Tədbir çərçivəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın müəllifə ünvanladığı təbrik məktubu oxunub. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin “Fəxri diplom”u, DGTYB-nin plaketi və digər hədiyyələr yubilyara təqdim edilib.

Mərasimin sonunda iştirakçılara, təqdimatın təşkilində əməyi kdçən hər kəsə təşəkkür edən Zülfi Vellidağ “Qəlbimdən gələn səslər”i oxucular üçün imzalayıb.

Onu da vurğulayaq ki, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının redaktoru olduğu kitab “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla Gün üzü görüb.

***
Zülfi Vellidağ (Zülfi İbrahim oğlu Məcidov) – 1951-ci ildə Cəlilabadın Şatırlı kəndində anadan olub. O, 1967-ci ildə ADPU-nun Filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildən pedaqoji və ədəbi fəaliyyətə başlayıb.
Zülfi Vellidağ pedoqoji fəaliyyəti illərində ardıcıl olaraq üç dəfə Respublika Müəllimlərinin Qurultayına nümayəndə seçilib, qabaqcıl iş təcrübəsi yayılıb, 1987-ci ildə "Baş müəllim" adına layiq görülüb, dəfələrlə "Fəxri fərman"larla təltif edilib və uzun illər Cəlilabad rayon Təhsil Şurasının üzvü olub. Onun onlarla yetirməsi ali təhsil alıb və hazırda müxtəlif sahələrdə uğurla çalışmaqdadır.

Z.Vellidağ hələ 1970-ci ildə "Əmək nəğməsi" adlı ilk şeirini Xalq şairi S.Vurğunun yaradıcılığından təsirlənərək yazıb; şeirləri müxtəlif qəzet və jurnallarda yayınlanıb.
2015-ci ildə "Sükutun dili" adlı ilk şeirlər kitabı çıxan Z.Vellidağın yazıları davamlı olaraq mətbuat orqanlarında yayınlanmaqdadır.
Qardaş Qazaxıstanda Azərbaycan və qazax dillərində nəşr edilən "Otan" (“Vətən”) qəzeti ötən illərdə onun yaradıcılığına xüsusi bir səhifə ayırıb.

Uşaqların diqqətini necə cəlb etmək olar? Stallonenin kult filmi əsasında serial çəkiləcək Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 İyun 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri