Şairin xatirə lövhəsi əvvəlki yerinə qaytarıldı FOTOLAR
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və ətraf ərazilər güclü yağışlar səbəbilə ciddi zərər görüb, şairin fotosunun yer aldığı xatirə lövhəsi də aşıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında şairin əmisi nəvəsi Reyhan İsmayılzadə yenidən məlumat paylaşaraq, lövhənin əvvəlki yerinə qaytarıldığını bildirib.
“İstəyimiz şairin adına layiq, dünya standartlarına cavab verəcək şəkildə muzeydə və ətraf ərazidə yenidənqurma işlərinin aparılmasıdır. Həmçinin, möhkəm bir körpünün tikilməsi, gələcəkdə baş verə biləcək təbii fəlakətlərin qarşısını almaq üçün tədbirlərin görülməsidir. Mənfi düşünmək istəməsəm də, bir neçə ildir yaşanan hadisələr onu göstərir ki, bu kimi fəsadlar bizi yenidən gözləyə bilər”, - o vurğulayıb.
Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə verdiyimiz sorğunun əsasında bəlli olmuşdu ki, Mikayıl Müşfiqin xatirə muzeyi qısa müddətdə əsaslı təmirə dayandırılacaq.
Əvvəl
Sonra
Baxış sayı:142
Bu xəbər 18 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















