Icma.az
close
up
RU
Sakinlər 8 ildir ev gözləyir: Kirayə pulu verilmir, bina tikilmir

Sakinlər 8 ildir ev gözləyir: Kirayə pulu verilmir, bina tikilmir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nərimanov rayonunda “Evrostroy-S.S” MMC (Sipark) tərəfindən həyata keçirilən pilot layihənin sakinləri 2017-ci ildə sökülən binalarının tikintisinin hələ də tamamlanmaması və bu səbəbdən yaşadıqları ağır vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, müraciət “Facebook” sosial şəbəkəsində paylaşılıb. 8 ildir kirayələrdə yaşayan və maddi sıxıntı çəkən sakinlər sosial- psixoloji gərginlik içindədir. 

Sakinlər bildirirlər ki, 2017-ci ilin oktyabr ayında Firdovsi Məmmədov, Təbriz və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən binanın sökülərək, 20 ay ərzində tamamlanacağı vəd edilib. Lakin artıq 96 ay ötməsinə baxmayaraq, tikinti hələ də başa çatmayıb, sakinlər evlərinə qayıda bilmirlər. 

Şikayətçilər tikinti işlərinin ləngiməsi, kirayə ödənişlərinin gecikməsi və ya ümumiyyətlə, ödənilməməsindən narazıdırlar. Müraciətdə sakinlər Nərimanov Rayon İcra Hakimiyyətinin məsələyə laqeyd yanaşmasını da vurğulayıblar. Sakinlərin müraciətində aşağıdakılar qeyd olunub: 

Tikintisi yarımçıq qalmış binamızla bağlı aydın rəsmi mövqe və təqdimat cədvəli ictimaiyyətə açıqlansın;
Şirkətin kirayə ödənişlərini gecikdirməsinə dair tədbir görülsün və kompensasiya mexanizmi nəzərdə tutulsun; 
Nərimanov Rayon İcra Hakimiyyətinin məsuliyyətsizliyinə hüquqi qiymət verilsin;
Ailələrimizin artıq 8 ildir yaşadığı bu əzabın sonlandırılması üçün konkret addımlar atılsın.

Belə hallarda sakinlər nə etməli, kompensasiyanı kimdən almalıdırlar? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, məsələ ilə bağlı ancaq məhkəmə və digər hüquq-mühafizə orqanlarına şikayət edilməlidir: 

“Tikinti işlərini həyata keçirən MTK-nın rəhbəri həbs olunub və tikinti uzun müddətdir ki, dayandırılıb. Hazırda məsələ məhkəmədədir. Ancaq hüquqi qiymət verilməli və məhkəmə qərarı gözlənilməlidir. Orada zərərçəkmiş insanlar var. Nə olacaqsa, qanun çərçivəsində olacaq”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri