Sakinlər bu marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıt sakinləri şəhərin küçələrində fəaliyyət göstərən 12A və 30 nömrəli marşrut avtobuslarının nasaz vəziyyətdə olmasından şikayət edirlər.
Avtosfer.az xəbər verir ki, sərnişinlər marşrut avtobuslarından birinin növbəti dəfə yolda qalması ilə bağlı videogörüntülər paylaşıblar.
Qeyd olunub ki, 12A və 30 nömrəli xətlərin avtobusları köhnə və istismara yararsız olduğu üçün sərnişinlərin yolda qalma riskini artırır.
"Bu avtobuslara minən hər sərnişin yolda qalmağı nəzərə almalıdır. Xüsusən də 30 nömrəli marşrut avtobusuna minmək çox risklidir", - deyə şikayətçi bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Oxu.az-a, sözügedən avtobuslarda problem olduğunu təsdiq edib və daşıyıcıya avtobus parkını yeniləmək üçün tapşırıq verildiyini bildirib. Agentlikdən verilən açıqlamada o da vurğulanıb ki, 30 nömrəli marşrut avtobusları yaxın zamanda yeniləri ilə əvəz olunacaq:
"Məsələ tam nəzarətə götürülüb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 19 Fevral 2025 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















