Icma.az
close
up
RU
Sakinlər “Leo Port Burger”dən şikayətçidir Video

Sakinlər “Leo Port Burger”dən şikayətçidir Video

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azadlıq prospekti, 28 ünvanındakı yaşayış binasının altında fəaliyyət göstərən "Leo Port Burger"in havalandırma sistemi uzun müddətdir sakinləri narahat edir.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baku TV-nin qaynar xəttinə şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, havalandırma borusundan yağ axır və bu axıntı bir neçə dəfə binada qısa qapanmaya səbəb olub. Bu, hər an yanğına gətirib çıxara biləcək ciddi təhlükə deməkdir.

"Bir ildən artıqdır ki, həmin restoranla mübarizə aparırıq. Sakinlərin razılığı olmadan binaya boru quraşdırıblar. Şikayət etdikdə isə bizə - "Siz kimsiniz? Biz nə istəyirik, onu da edirik", - dedilər.

Borudan axan çirkli yağ bizim eyvana tökülür. Narazılığımızdan sonra daha irihəcimli mühərrik və boru gətirib binanın damına yerləşdirdilər. Mühərrik işə düşəndə bina silkələnir. Boru tüstü bacasının yanındadır, kiçik bir qığılcım yağla birləşsə, güclü yanğın baş verə bilər", ‒ deyə sakinlərdən biri söyləyib.

Restoranın inzibatçısı İbrahim Babayev havalandırma sisteminin 2022-ci ildən quraşdırıldığını söyləyib:

"Aidiyyəti qurumların bu barədə məlumatı var. Sakinlər düşünürlər ki, biz bunu yeni etmişik, amma sistem əvvəldən belədir".

O, həmçinin restoranın qarşısındakı ağacların kəsilməsi ilə bağlı deyilənləri təkzib edib. Əlavə edib ki, təmizlik işləri aparılan zaman sakinlər onlara mane olmağa çalışaraq təhlükəli vəziyyət yaradırlar.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Ağacların kəsilməsi və havaya yayılan qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova qeyd edib ki, əraziyə baxış keçirilib və şikayət araşdırılacaq.

Ətraflı videomaterialda:


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Noyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri