Sakinlər Saray körpüsünün tikintisinin ləng aparılmasından narazıdır VİDEO
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Bir müddətdir ki, söküntüsü həyata keçirilən Saray körpüsü sakinləri narazı salıb. Buna səbəb tikinti işlərinin olduqca ləng həyata keçirilməsidir.
Bizim.Media xəbər verir ki, sakinlər deyirlər ki, söküntü işləri başa çatıb. Hazırda tikinti işləri üçün ərazi hazır vəziyyətə gətirilir. Ancaq proses olduqca zəif həyata keçirilir.
Təmir-tikinti səbəbindən ərazidə təhlükəsizlik tədbirləri görülüb. Sakinlərin yolu dəyişdirilib. Bu səbəbdən körpü ətrafından istifadə edən sakinlər alternativ yolun olmamasından şikayətlənirlər.
Mövcud vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, ərazidə söküntü işləri yekunlaşıb və hazırda betonlanma prosesi həyata keçirilir.
Bunun üçün əraziyə çoxsaylı texnika və canlı qüvvə cəlb olunub. Sürücülərin və piyadaların hərəkəti nəzərə alınmaqla Saray körpüsünün qısa vaxt ərzində tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 05 Yanvar 2025 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















