Sakinlər şikayət etdi Avtobusun əvəzinə Qazel verdilər AÇIQLAMA FOTO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxt sakinləri 158 saylı avtobus marşrutunda yaranan sərnişin sıxlığından narazıdır. Gündəlik istifadəçilər bildirirlər ki, pik saatlarda avtobuslara minmək mümkünsüzdür, nəqliyyat vasitələrinin sayı və növü tələbatı ödəmir.
Sakinlər Milli.Az-a açıqlamasında qeyd edirlər ki, avtobus "Qazel" marakalı daha kiçik həcmli avtomobillə əvəz edilib.
Əhali bu avtobusun daha böyük versiyasını gözləyərkən qarşılaşdıqları mənzərə onları təəccübləndirib.
Məsələ ilə bağlı AYNA-dan Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə 158 nömrəli marşrut xətti üzrə müsabiqə keçirilib və mayın 1-dən yeni daşıyıcı müasir və komfortlu avtobuslarla sərnişinlərə xidmət göstərir.
Xocəsən qəsəbəsini "Memar Əcəmi" metrostansiyası ilə əlaqələndirən marşrut xətti üzrə gündəlik 8 avtobus 10 deqiqə intervalla fəaliyyət göstərir.
AYNA tərəfindən təhlillər aparılacaq və sərnişin tələbatı yaranacağı təqdirdə, daşıyıcıya xəttə əlavə avtobusların cəlb edilməsi tapşırılacaq.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















