Sakinlər Sumqayıt stadionundakı problemin illərdir həll olunmadığını deyirlər
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Sumqayıt şəhərində yerləşən Mehdi Hüseynzadə adına stadionla bağlı sakinlər narazılıq bildirirlər.
Sumqayıt sakinləri adından Yeniavaz.com-a müraciət edən Məmmədov Natiq bildirir ki, stadionda uzun illərdir isti su problemi mövcuddur və bu, sağlamlıq üçün risk yaradır:
“Əfsuslar olsun ki, artıq 4 ildir stadionda isti su yoxdur. Buraya sağlamlığını bərpa etmək üçün üz tutan yeniyetmələr və gənclər isti suyun olmaması səbəbindən xəstəlik riski ilə üzləşirlər”.
Qeyd edək ki, stadionun tikintisinə 2020-ci ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.
Məmmədov Natiqin sözlərinə görə, bəzi məşqçilər problemin səbəbini stadionun su və istilik idarələrinə olan borcları ilə əlaqələndirsələr də, bu iddia doğru deyil:
“Bunun məntiqi əsası yoxdur. Çünki bu stadion büdcə təşkilatları qrupuna aid olduğundan bütün xərclər dövlət büdcəsi tərəfindən qarşılanır”.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qurumdan ilkin olaraq bildirilib ki, məsələ barədə məlumatları yoxdur. Növbəti suallar isə cavablandırılmayıb.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:Sumqayıt küçələrində TƏHLÜKƏ: Sahibsiz itlərin hücumları artır, sakinlər narahatdır
20 May 2025 13:10
İllərdir baxımsız qalan keçid: Sakinlər təhlükə altında
21 Avqust 2025 01:51
Bakıda sakinlər illərdir bu problemlə üz üzədir
29 İyul 2026 15:00
Paytaxtın bu rayonunda sakinlər illərdir su üzünə həsrətdirlər
13 İyun 2026 02:50
Bakıda magistral yolu su basıb, sakinlər problemin həllini gözləyirlər
30 Yanvar 2025 20:12
Baxış sayı:129
Bu xəbər 19 Mart 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















