Sakinlərdən ŞİKAYƏT: Xətai rayonunda səkini parkinqə çevirirlər
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində səkinin dağıdılmasından sakinlər şikayətçi olublar.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd olunub ki, N.Rəfiyev, 29 ünvanında yeni tikilmiş binanın həyətində açılan obyekt sahibi səkini qanunsuz olaraq parkinqə çevirmək istəyir.
"Maşınlar insanların hərəkətinə mane olur, xüsusilə böyüklərə və uşaq arabası ilə gedənlərə çətinlik yaradır. Biz icra hakimiyyətinə şikayət yazmışıq, "102" və "902"yə zəng etmişik, amma heç bir nəticə yoxdur. Onlar səki yerinə yol salmaq istəyirlər", - deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Xətai Rayonu İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq məsələ həllini tapıb.
"Ötən gün sözügedən ünvanda belə bir cəhd olub. Daxil olan məlumat əsasında icra hakimiyyəti tərəfindən məsələyə müdaxilə olunub və bu cəhdin qarşısı alınıb. Ərazi əvvəlki formasına qaytarılıb", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 02 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















