Icma.az
close
up
RU
Sakinləri təlaşa salan sirli dronlarla bağlı qeyriadi CAVAB

Sakinləri təlaşa salan sirli dronlarla bağlı qeyriadi CAVAB

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlərdə Nyu-York və Nyu-Cersi ştatlarının sakinləri qeyri-adi hadisənin şahidi olurlar - səmada naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə edilir.

Bu dronların mənşəyi və məqsədi sirr olaraq qalır ki, bu da yerli əhali və hakimiyyət orqanlarında narahatlıq yaradır.

Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, Pentaqonun mətbuat katibi, ABŞ-nin Hərbi Hava Qüvvələrinin (HHQ) generalı Patrik Rayder jurnalistlər üçün brifinqdə bu məsələyə toxunub.

Belə ki, ondan zarafatla soruşulub ki, dronlar görünərkən Rixard Ştrausun musiqisi altında monolitin peyda olması da müşahidə edilibmi? O, vəziyyəti şərh edərkən "Ulduz müharibələri" filmlərinin qəhrəmanı ceday Obi-Van Kenobidən sitat gətirib.

"Yəqin ki, çox müdrik peyğəmbər Obi-Van Kenobinin sözlərini xatırlamalı olacağam, o demişdi ki, bunlar sizin axtardığınız droidlər, dronlar deyil", - deyən Rayderin cavabını jurnalistlər gülüşlə qarşılayıblar.

Cavabın zarafat tonuna baxmayaraq, naməlum pilotsuz təyyarələrlə bağlı vəziyyət sakinlər arasında ciddi narahatlıq doğurur. ABŞ administrasiyasının nümayəndələrinin, o cümlədən Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi və daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın bəyanatlarına görə, bu PUA-lar təhlükə yaratmır və çox güman ki, hər hansı xarici dövlətə məxsus deyil.

Bununla belə, Federal Təhqiqat Bürosu (FTB) dronların mənşəyinin hələ də müəyyən olunmadığını etiraf edir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri