Icma.az
close
up
RU
Şakira: “Bu qadınlar üçün cəhənnəmdə xüsusi yer var”

Şakira: “Bu qadınlar üçün cəhənnəmdə xüsusi yer var”

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Aprelin 14-də yayımlanan İspaniyanın Al Cielo Con Ella verilişinə müsahibəsində Şakira qadın həmrəyliyi ilə bağlı növbəti dəfə sərt və diqqətçəkən açıqlama verib.
Bizim.Media xəbər verir ki, müğənni dünya turnesi “Las Mujeres Ya No Lloran”ın konsepsiyasından danışıb.
O, bu layihə çərçivəsində qadın gücü, müstəqilliyi və həmrəyliyini əks etdirən “dişi canavarın 10 əmri”ni təqdim etdiyini bildirib.
Aparıcının diqqət yetirdiyi əsas məqamlardan biri beşinci bənd olub:
“Dişi canavar hücum etmir — özünü müdafiə edir.” Aparıcı soruşub ki, bu prinsip həmişə işləyirmi?
Şakira cavabında qeyd edib ki, bu “əmrlər”in əsasında iki əsas fikir dayanır:
Özünü sevmək və “sürü”nü, yəni başqa qadınları dəstəkləmək.
“İstəyirəm ki, biz rəqabət aparmayaq, bir-birimizə kömək edək və bir-birimizi dəstəkləyək, xüsusilə də qadınlar”, — deyə müğənni vurğulayıb.
Bununla yanaşı, Şakira keçmiş ABŞ dövlət katibi Madlen Olbraytın məşhur sözlərini də xatırladıb:
“Başqa qadınlara kömək etməyən qadınlar üçün cəhənnəmdə xüsusi yer var.”
Müğənninin sözlərinə görə, məhz bu fikir onun fəlsəfəsinin əsasına çevrilib və “dişi canavarın əmrləri”nin yaranmasına ilham verib.
Bu açıqlamanın konteksti də pərəstişkarların diqqətindən yayınmayıb. Belə ki, 2022-ci ildə futbolçu Jerar Pike ilə qalmaqallı ayrılıqdan sonra, onun Klara Çia Marti ilə xəyanət etdiyi barədə iddialar fonunda Şakira yaradıcılığında tez-tez üstüörtülü, bəzən isə açıq eyhamlara yer verir.
Məsələn, “əmr”lərdən birində belə ifadə səslənir:
“Dişi canavarlar özgənin malına göz dikmir” və buna claramente (“aydın şəkildə”) sözü əlavə olunur. Pərəstişkarlar bunu Klara adının söz oyunu kimi qəbul ediblər. Şakira bu üsuldan daha əvvəl səs-küylü BZRP Music Session #53 mahnısında da istifadə etmişdi.
Müğənninin turnesi rekordlar qırmaqda davam edir. Meksikoda onun konsertlərini təxminən 400 min tamaşaçı izləyib. Qarşıda isə daha böyük çıxışlar var. Onlardan biri Braziliyada Kopakabana çimərliyində baş tutacaq konsertdir və burada 1 milyona qədər tamaşaçı gözlənilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Aprel 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri