Şakira Mbappenin atası ilə görüşdü: Ulduz Kiliana minnətdardır
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şakira uzun müddətdir dünya çempionatının əfsanəsi statusunu qazanıb – sənətçi turnirə bir neçə mahnı hədiyyə edib. Ulduz Şimali Amerikada mundial üçün bir himn də yazıb, artıq bir neçə oyunu azarkeş kimi izləyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kolumbiyalı Mərakeşlə oyunda Fransa millisinə azarkeşlik edib.
Şakira ilə birlikdə Kilianın atası Uilfrid Mbappe də tribunada olub.
"Müsyö Mbappe ilə" müğənni Uilfridlə çəkdirdiyi selfinin altında fransız dilində yazıb.
Məlum olduğu kimi, Şakiranın Kiliana təşəkkür edəcəyi çox şey var. Müğənninin özü izah edib:
"Maraqlı fakt: bilirdinizmi ki, mənim "Dai Dai" (2016-cı il Dünya çempionatının homni) mahnımın klipində çəkilməyə razılıq verən ilk futbolçu Mbappe olub? Kilian, bunun üçün sənə həmişə minnətdaram. Çox sağ ol!"
Bu gün xüsusidir, bu il musiqimə göstərdiyiniz bütün sevgiyə görə Fransaya və fransızlara təşəkkür etmək istəyirəm. Çox sağ olun! Öpüşlər!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 13 İyul 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















