Şakira üçün tarixi qərar fantastik məbləğdə təzminat uddu
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Dünya şöhrətli müğənni Şakira ilə bağlı İspaniyada illərdir davam edən vergi qalmaqalında məhkəmə onun xeyrinə qərar çıxarıb.
"Yeni Sabah" xəbər verir ki, İspaniya vergi orqanları Şakiraya əvvəllər tutulmuş 55 milyon avronu geri qaytarmalı olacaq.
Məlumata görə, müğənni 2011-ci ildə İspaniyada yaşayaraq vergidən yayındırmaqda ittiham olunurdu. İttiham tərəfi onun həmin dövrdə ölkədə vergi rezidenti olduğunu iddia etsə də, məhkəmə fərqli nəticəyə gəlib. Pepperoni pizza
Araşdırmalar zamanı müəyyən edilib ki, Şakira qanunvericilikdə nəzərdə tutulan 183 gündən artıq İspaniya ərazisində olmayıb və buna görə də vergi rezidenti sayıla bilməz.
Qərara əsasən, vergi xidməti yalnız 55 milyon avronu deyil, həmçinin hesablanmış faizləri və məhkəmə xərclərini də ödəməlidir.\Musavat.com
Baxış sayı:179
Bu xəbər 20 May 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















