“Şakiranın ata baba yurdumuza gətirdiyi xoşbəxtlik...”
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin deputatı Fazil Mustafa Şakiranın Bişkekdə keçiriləcək konsertinə maraqla bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, deputat sosial şəbəkə hesabında konsertə görə şəhərdə hotellərin dolduğunu, Qazaxıstan, Tacikistan və Özbəkistandan gənclərin tədbirə qatılmaq üçün gəldiyini bildirib:
“Bişkekdə hamı Şakiranın stadiondakı konsertinə indekslənib. Hər yerdə şəkillləri, reklamları göz dağlayır. Bütün hotellər dolub, uzaq-uzaq yerlərdən qazax, tacik və özbək gəncləri bu konsertə bilet alıb. Söyləntiyə görə, 51 min nəfərlik stadiona biletlər tükənib. Bütün Türküstan xoşbəxtliyin dadını çıxarır. Biz də türk birliyini inkişaf etdirməyə gəlmişik. Şakiranın ata-baba yurdumuza gətirdiyi xoşbəxtlik deyəsən daha çox hiss olunmaqdadır. Yəni nəsil dəyişimi və qloballaşma öz sözünü deyir”. Toyuqlu pizza
Baxış sayı:40
Bu xəbər 19 Oktyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















