Şakiranın çıxışı mübahisə yaratdı: “O idi, o deyildi?” VİDEO
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kolumbiyalı müğənni Şakiranın futbol üzrə dünya çempionatındakı çıxışı geniş müzakirələrə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, səhnəyə çıxan ifaçının əslində Şakira olmadığı ilə bağlı iddialar yayılıb.
Sosial media istifadəçilərinin bir qismi sənətçinin saç düzümünün, üz cizgilərinin və hətta səhnə hərəkətlərinin əvvəlkindən fərqli göründüyünü bildirib. Bəzi izləyicilər Şakiranın rəqs tərzinin də dəyişdiyini iddia ediblər. Marqarita pizza
Digər istifadəçilər isə ifaçının estetik prosedurlardan keçdiyini və görünüşündəki fərqliliyin bununla bağlı olduğunu qeyd ediblər.
Şakiranın çıxışı zamanı qara rəngli eynəyini gözündən çıxarmaması da diqqətdən yayınmayıb. Hətta makiyaj edərkən belə eynəkdən istifadə etməsi sosial şəbəkələrdəki müzakirələri daha da alovlandırıb.
Qeyd edək ki, kolumbiyalı ulduz futbol üzrə dünya çempionatları tarixində dörd müxtəlif mundial çərçivəsində çıxış edən ilk sənətçidir. Şakira 2006, 2010, 2014 və 2026-cı illərdə keçirilən dünya çempionatlarının açılış və rəsmi tədbirlərində musiqi nömrələri ilə səhnəyə çıxıb.
Beləliklə, o, dünya çempionatları tarixində dörd müxtəlif mundialın açılış və ya rəsmi tədbirlərində çıxış edən ilk sənətçi kimi rekorda imza atıb.
Baxış sayı:140
Bu xəbər 13 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















