Sakit okeanda narkotik kartelinə məxsus qayıq vuruldu
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyat keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı “Los Choneros” kartelinin istifadə etdiyi yanacaq qayığı Şərqi Sakit okeanın beynəlxalq sularında batırılıb.
Qeyd edilib ki, əməliyyat ABŞ və Ekvadorun əməkdaşlığı çərçivəsində həyata keçirilib. ABŞ hərbçiləri “USS San Antonio” gəmisindən qayığa çıxaraq göyərtədəki şəxsləri təxliyə edib və onları Ekvador hakimiyyətinə təhvil veriblər.
Məlumata görə, qayıq tamamilə boşaldıldıqdan sonra ABŞ qüvvələri tərəfindən batırılıb. Bildirilib ki, məqsəd narkotik kartelinin logistika zəncirinə zərbə vurmaq olub.
ABŞ Maliyyə Nazirliyinin daha əvvəl həmin qayığı sanksiya siyahısına daxil etdiyi qeyd olunub. SOUTHCOM əməliyyatın bölgədə narkotik qaçaqmalçılığı ilə məşğul olan qrupların logistika imkanlarının zəiflədilməsi baxımından əhəmiyyət daşıdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 29 Avqust 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















