Icma.az
close
up
RU
Sakitlik bitir, növbə bizdədir

Sakitlik bitir, növbə bizdədir

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün ilin ən həyəcanlı günlərindən biridir. Təqvimdə görünən 31 avqust insanın içində ttamam başqa cür hiss olunur.

Sabah bizi sentyabrın 1-i gözləyir.

Sakitlik bitir. Məzuniyyətlər başa çatır, istirahət günləri arxada qalır. Yayın uzun və yavaş ritmi dəyişir. Küçələr yenidən adamla dolacaq, səhərlər tez açılacaq, telefonlar daha çox zəng çalacaq, görüşlər çoxalacaq, avtobus, metro boş olmayacaq.

Sentyabr gəlir. Bu gəlişlə həyat öz sürətini geri qaytarır. Əslində sentyabrın qəribə bir xüsusiyyəti var. Hamımızın düşüncəsində Yanvar yeni ilin başlanğıcıdır, sentyabr insanlara daha çox “yeni başlanğıc” hissi verir.

Sentyabrda yayda təxirə salınan işlər masaya qayıdır. “Sentyabrda edərəm” dediyimiz nə varsa, sabahdan bizi gözləyir.

Fərqinə varmırıq, amma buna görə 31 avqust bir az qəribə gündür. İnsan bir tərəfdən yayın bitməsinə heyfsilənir, digər tərəfdən qarşıdakı günlərin gətirəcəyi yenilikləri səbirsizliklə gözləyir.

Avqustda dəniz, günəş, istirahət, gec oyanmaq vardı. Sentyabrda zəngli saat, iş, məktəb, universitet, görüşlər, məsuliyyətlər və yeni planlar dayanır.

Həyatın ən maraqlı tərəfi də elə budur, insan sakitliyi sevir, amma hərəkətsiz də yaşaya bilmir.

Sabah bunun ən gözəl sübutudur.

Sentyabr tək iş həyatını canlandırmayacaq. Siyasi payız da başlayır. Yay aylarında bir qədər səssiz görünən siyasi gündəm yenidən sürətlənəcək. Yay boyu yığılan suallar cavab gözləyir. Cəmiyyətin gözləntiləri var. Yeni qərarlar, yeni müzakirələr, yeni açıqlamalar qarşıdadır.

Azərbaycan Prezidenti Qırğızıstanda rəsmi görüşlərdə olacaq. Bu da sentyabrın ilk günlərindən Azərbaycanın siyasi və diplomatik gündəminin kifayət qədər hərəkətlə başlayacağından xəbər verir.

Milli Məclis öz işinə başlayacaq. Yay fasiləsindən sonra parlament gündəmi, qanunvericilik məsələləri, deputatların açıqlamaları və cəmiyyəti maraqlandıran mövzular yenidən diqqət mərkəzinə gələcək.

İşğaldan azad edilmiş yurd yerlərimizə növbəti köç karvanları gedəcək. Bir vaxtlar həsrətlə gözlədiyimiz qayıdış prosesi davam edəcək. Doğma torpaqlara qayıdan hər bir ailə Azərbaycanın yeni tarixinin daha bir səhifəsini yazacaq.

Texnoloji inkişafımız var. Dünya dəyişir, biz də dəyişirik. Yeni texnologiyalar, rəqəmsallaşma və müasir imkanlar həyatımızın daha böyük hissəsinə çevrilir. Sentyabr həm də bu istiqamətdə yeni fikirlərin, yeni layihələrin və yeni imkanların müzakirə olunacağı bir dövr olacaq.

İşlə, təhsillə, ailə ilə, gələcəklə, ölkənin qarşıdakı günləri ilə bağlı hamının öz sualı var. Ona görə də sentyabr hər kəs üçün eyni sentyabr deyil.

Sentyabrın ən böyük sirri odur ki, hamıya eyni tarix gəlir, amma hər kəs həmin tarixdən fərqli bir həyat gözləyir.

Sabah saatlar yenidən tez oyanmağa qurulacaq. Daha çox insan tələsəcək. Yollar daha çox canlanacaq. Yay boyu boş qalan bəzi masaların arxasında yenidən insanlar oturacaq.

Anlayacağıq ki, həyat dayanmayıb, bir müddət nəfəs alıb. İndi yenidən başlayır. 31 avqustun həyəcanı elə buradan gəlir.

Bu gün hamımız keçmiş yayla gələcək sentyabrın arasında dayanmışıq. Bir ayağımız istirahətdə, o biri ayağımız işdədir. Bir tərəfdə xatirələr, o biri tərəfdə gözləntilər baxır.

Sabahla bizi cəmi bir neçə saat ayırır.

Avqust gedir, sentyabr gəlir. Sakitlik bitir, həyat sürətini artırır.

Növbə bizdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Avqust 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri