Salah bu kluba keçir: Avropada ən çox maaş alan futbolçu olacaq
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
PSJ rəhbərliyi bu yay “Real”a yollanan Kilian Mbappenin yerinə yeni lider axtarır.
Publika.az “El Nacional”a istinadən xəbər verir ki, Paris klubuna yaxın mənbələrin məlumatına görə, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi “Liverpul”un lideri Məhəmməd Salahın transferini təmin etməyə çalışacaq.
Paris klubu müqaviləsi 2025-ci il iyunun 30-na kimi qüvvədə olan misirliyə ildə təxminən 40 milyon avro ödəməyə hazırdır. Müxtəlif bonusların əlavə oluna biləcəyi bu məbləğ sayəsində Salahın Avropanın ən yüksək maaş alan futbolçusu olacağı gözlənilir.
Parisdə 32 yaşlı Salahın hələ də ən yüksək səviyyədə oynamaq ambisiyalarını ifadə edəcəyini gözləyirlər, buna görə də inanırlar ki, Səudiyyə Ərəbistanı və ya ABŞ-dan olan variantları nəzərdən keçirməyəcək.
Həmçinin, PSJ yanvarda Salahın transferi ilə bağlı “Liverpul” ilə danışıqlara hazırdır. Bu, britaniyalılara afrikalının gedişindən bir qədər təzminat almağa imkan verəcək.
Salah bu mövsüm Premyer Liqada 12 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 01 Dekabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















