Salah daha bir rekordu təkrarladı
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasının fevral ayının ən yaxşı oyunçusu seçilib.
News24.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 32 yaşlı misirli vinger karyerasında yeddinci dəfə Premyer Liqada ayın ən yaxşı oyunçusu mükafatını alıb. Bu da liqa rekordunun təkrarlanması deməkdir. "Mançester Siti"nin sabiq forvardı Serxio Aquero və "Tottenhem"in keçmiş futbolçusu Harri Keynin hər biri yeddi dəfə bu mükafatı qazanıb.
Fevralda Salah Premyer Liqada 6 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Ümumilikdə o, bu mövsüm bütün turnirlərdə "Liverpul"un heyətində 42 matçda 32 qol vurub və 22 məhsuldar ötürmə edib./Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 14 Mart 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















