Salah İngiltərə Premyer Liqasında rekorda yaxınlaşıb
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasının 9-cu turunda “Liverpul”un 33 yaşlı hücumçusu Məhəmməd Salah “Brentford”un qapısına 89-cu dəqiqədə qol vurub.
İdman.Biz bildirir ki, bu qol “Liverpul”u məğlubiyyətdən xilas etməsə də, “Opta Sport”un məlumatına görə, Salah tək bir klubda ən çox qol və məhsuldar ötürmə üzrə Premyer Liqa rekorduna yaxınlaşıb.
Hücumçu “Liverpul”da olduğu müddətdə 275 məhsuldar ötürmə (187 qol və 88 məhsuldar ötürmə) edib. Hazırkı rekordçu Ueyn Runi “Mançester Yunayted”də 276 məhsuldar ötürmə (183 qol və 93 məhsuldar ötürmə) edib.
Bu mövsüm Salah klubun heyətində bütün yarışlarda 13 oyuna çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:Məhəmməd Salah İngiltərə Premyer Liqasında rekorda imza atıb
05 Dekabr 2024 10:05
Məhəmməd Salah İngiltərə Premyer Liqasında ilkə imza atdı
26 May 2025 14:20
Məhəmməd Salah İngiltərə Premyer Liqasında ilkə imza atıb
13 Fevral 2025 10:41
İngiltərə Premyer Liqasında yenilik
27 Mart 2025 20:26
Kol Palmer İngiltərə Premyer Liqasında rekorda imza atıb
09 Dekabr 2024 14:56
Baxış sayı:112
Bu xəbər 27 Oktyabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















