Salah Liverpul un yeni futbolçularının oyunu barədə
Icma.az, Idman.biz saytına istinadən bildirir.
"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 4-cü turunun "Bernli" ilə oyunundan (1:0) sonra "mersisaydlılar"ın yeni futbolçularının oyununu şərh edib.
İdman.biz bildirir ki, misirli hücumçu Aleksandr İsakın matçın ərizəsində olmamasına da reaksiya verib. İsveçli oyunçu 125 milyon funta (145 milyon avro) Nyukasldan "qırmızılar"a keçib.
"Oyunçular sistemimizə uyğunlaşırlar. Başlanğıc heyətində bir neçə yeni oyunçumuz var idi. Onları komandamızın oyununa inteqrasiya etmək üçün vaxt lazımdır. Çalışırıq ki, onlar oyunda özlərini rahat hiss etsinlər. Aleks (İsak) keçən həftə gəlib və o, komandada oynayacaq. Balans tapmağa çalışırıq.
Biz təslim olmuruq. Sadəcə əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq”, - "Liverpul"un rəsmi saytı Salahdan sitat gətirir.
İdman.biz
Baxış sayı:91
Bu xəbər 16 Sentyabr 2025 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















