Salah UEFA ya müraciət ünvanladı
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Liverpul"un vingeri Məhəmməd Salah UEFA-nın fələstinli futbolçu Süleyman əl-Obaidin ölümü ilə bağlı açıqlamasına münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, misirli ulduz qitə fitbol qurumunun rəsmi səhifəsində 41 yaşlı sabiq futbolçunun ölümü ilə bağlı "Fələstinli Pele"... Ən qaranlıq anlarda belə minlərlə uşağa ümid bəxş edən istedad" paylaşımına ritorik sual əlavə edib.
O, UEFA-nın paylaşımını özünün "X" səfifəsində yenidən paylaşaraq UEFA-dan əl-Obaidin ölümünün səbəbini və yerini açıqlaya biləcəyini soruşdu: “Onun necə, harada və niyə öldüyünü deyə bilərsinizmi?".
Xatırladaq ki, Fələstin Futbol Assosiasiyası Süleyman əl-Obaidin avqustun 6-da Qəzza zolağının cənubunda humanitar yardım gözləyərkən İsrailin atəşə tutması nəticəsində öldüyünü bildirib.
O, Fələstinin “Əl-Şati”, “Markaz Şabab əl-Amari” və “Qaza Sport” klublarında oynayıb, karyerası ərzində 100-dən çox qol vurub.
Baxış sayı:79
Bu xəbər 10 Avqust 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















