Salaha da bizim komandada çətin olardı: Postekoğlu nəyi nəzərdə tutur?
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Tottenhem”in baş məşqçisi Anqelos Postekoğlu, hətta formada olan “Liverpul”un hücumçusu Məhəmməd Salahın da komandasında çətinliklə üzləşə biləcəyini deyib.
Publika.az xəbər verir ki, onun sözlərini BBC sitat gətirib.
“Salah dünya səviyyəli oyunçudur, amma indi onu komandamıza gətirsəniz, düşdüyümuz vəziyyəti nəzərə alaraq onun eyni səviyyədə performans göstərəcəyinə əmin deyiləm.
Ancaq konteksti başa düşmək vacibdir. O, indi yüksəlişdə olan fantastik komandada oynayır”, – Anqelos deyib.
Bu mövsüm Salah İngiltərə Premyer Liqasında 19 matçda 18 qol vurub və 13 məhsuldar ötürmə (31 məhsuldar ötürmə) edib.
Bu gün, yanvarın 8-də İngiltərə Liqa Kubokunun 1/2 final mərhələsinin ilk oyunu keçiriləcək və “Tottenhem” “Liverpul”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 09 Yanvar 2025 02:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















