Saleh Məmmədovun ailə üzvləri işdən azad edildi KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədovun ailə üzvləri olan vəzifəli şəxslər işdən çıxarılıb.
KONKRET.az xəbər verir ki, bu barədə gundeminfo.com-a daxil olan məlumatda qeyd edilir ki, onlardan biri 1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin rəhbəri S.Məmmədovun yeznəsi Dilavər Həmzəyev MMC ötən həftə ləğv edildiyinə görə işini itirib.
S.Məmmədovun AAYDA-da yüksək vəzifə tutan əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri Zaur Həmzəyev, xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri Araz Bəndəliyev, qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi Toğrul Həmzəli, bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, bacısı, “Azəryolelmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev ötən həftə tutduqları vəzifələrdən azad ediliblər.
AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirlinin müvafiq müraciəti əsasında Nazirlər Kabinetinə müraciət göndərilib.
NK-ya təqdim edilən yeni sənədlərdə AAYDA-nın strukturunun yenidən formalaşdırılması nəzərdə tutulur. Həmin sənədə əsasən ilkin olaraq Azərbaycan Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş AAYDA struktunun dəyişdirilməsi nəzərdə tutulur.
Belə ki, Dövlət Agentliyinin strukturuna daxil olan, AAYDA tabeliyindəki hüquqi şəxs statusuna malik olmayan təşkilatların (MMC) ləğv edilməsi nəzərdə tutulur. Eyni zamanda AAYDA-nın filal filial və nümayəndəliklərinin də yenidən formalaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən həftə AAYDA-nın “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Hazırda Agentliyin tərkibində daha 7 belə MMC mövcuddur. Yaxın zamanlarda bu MMC-lərin də ləğv ediləcəyi bildirilir.
Mövzu ilə bağlı əlavə məlumat veriləcək. Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:336
Bu xəbər 28 Aprel 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















