Icma.az
close
up
RU
Saleh Səmədov YAP dan da QOVULUR...

Saleh Səmədov YAP dan da QOVULUR...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı keçmiş SSRİ-nin bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Tədbirdə həmçinin, rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində Rusiya imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib. 

O saytımıza açıqlamasında SSRİ bayrağını Türkiyə bayrağı ilə müqayisə edib:

"Azərbaycan bayrağından uca bayraq yoxdur, o bizim hər zaman başımızın üstündədir. Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?! SSRİ bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Bir dövlətin içərisində bir bayraq olur. Siz o zaman Türkiyə bayrağına niyə qarışmırsınız?!".

Artıq bu gün Azərbaycan Ağsaqqallar Şurası Saleh Səmədova görə toplaşıb. Onunla bağlı qərar verilib və Azərbaycan Ağsaqqallar Şurasından kənarlaşdırılıb. 

Qeyd edək ki, Saleh Səmədov hakim Yeni Azərbaycan Partiyasının (YAP) da üzvüdür.

Maraqlıdır, o, partiyadan da kənarlaşdırılacaqmı?

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov bildirib ki, İmişlidə baş verən bu hadisəni pisləyir:

"Bu hadisənin cəmiyyətdə birmənalı qarşılanmamasının motivlərini başa düşmək olar. Əvvəla Sovet İttifaqı yoxdur. Onun bərpası mümkün deyil. Rusiya Prezidenti Vladimir Putin də çıxışlarından birində Sovet İttifaqının dağllmasının əleyhinə olduğunu, lakin daha onun bərpa olunmasının qeyri-mümkünlüyünü dilə gətirib. Belə bir reallıq şəraitində İmişlidə Ağsaqqallar Şurasının sədrinin sovet bayrağı qaldırması, "Georgi lenti"ni taxması anlaşılan deyil. İmişlidə belə bir hadisənin baş verməsi çoxlu suallar, təccüb və təəssüf doğurur. Bu nə deməkdir, hadisəni necə izah etmək olar? İmişlidə, eləcə də respublikamızın heç bir yerində SSRİ ilə bağlı nostalji hisslər yoxdur. Ümumiyyətlə, yeni nəsil yetişir, onlar da Sovet İttifaqı ilə bağlı ancaq kitablardan nəsə oxuyublar. Belə olan halda müstəqillik ən böyük nemətdir. İndi kimlərsə, görünür müstəqilliyin əleyhinədir. Onlar bunu belə əməlləri ilə isbatlamaq istəyirlər. Bunu pisləyirik, qəbuledilməz yanaşmadır. Hesab edirəm ki, İmişli camaatı da birmənalı olaraq bunun əleyhinədir. Qoy, ilk növbədə belə bir addımı atan, özünü Ağsaqqallar Şurasının sədri kimi təqdim edən şəxs “bununla SSRİ ilə bağlı nostalgiya yaşayır?”, yoxsa “müstəqilliyin əleyhinədir?” suallarına cavab versin".

YAP Təftiş Komissiyasının üzvü qeyd edib ki, məsələyə komissiya tərəfindən qiymət verilə bilər:

"Onun jurnalistlərin suallarına verdiyi cavabları belə təəccüb və təəssüf doğurur. Bizə qardaş olan, inkişaf edən,  PKK terroruna son qoymağı bacaran, NATO-da ikinci hərbi güc sayılan, torpaqlarımızın azad edilməsində böyük mənəvi, siyasi dəstək verən Türkiyə ilə artıq tarixin zibilliyindəki SSRİ-nin müqayisəsini aparmaq ağılsızlıqdır. Buna başqa ad tapa bilmirəm. Hələ Ağsaqqallar Şurasının və Yeni Azərbaycan Partiyasının məsələni qiymətləndirməsindən öncə, həkim tərəfindən əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var. Bundan sonra digər siyasi addımların atılması düzgün olar. Mən də Təftiş Komissiyasının üzvüyəm. Biz partiya daxilində qanunazidd əməllər baş verdikdə öz mövqeyimizi ifadə edirik. İstisna deyil ki, məsələyə dair Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarından olan Təftiş Komissiyası qiymət verə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri