Icma.az
close
up
RU
Saleh utandığından üzə çıxmır Eldar Quliyev

Saleh utandığından üzə çıxmır Eldar Quliyev

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Bizə desəydilər, əlbəttə ki, belə bir tədbirin keçirilməsinə icazə verməzdik. Adətən tədbir keçirəndə deyirdilər, bu dəfə bizdən heç kimə deməyiblər". 

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev İmişlidə SSRİ bayrağı ilə bağlı davam edən müzakirələr fonunda deyib. 

Deputatın sözlərinə görə, "Georgi lenti"ni həmin tədbirə rus əsilli bir şəxs aparıb: "Dima adlı şəxs gedib "Georgi lenti" verib, SSRİ bayrağını tapıblar və s. Bəlkə Dima deyil, Sergeydir, səhv etməyim. Bizim işçilərin həmin tədbirdəki davranışları savadsızlıqdandır. Onun nə lenti olduğunu soruşsan, bilmirlər. Heç soruşmayıblar ki, sən kimsən, bu lent nədir? Gərək orada deyərdilər ki, nə edirik bu lenti? Azərbaycanın üçrəngli bayrağı var, Şuşada da, Xankəndidə də dalğalanır. 

Hər halda burada kimsə maraqlı tərəf olub. Bəlkə də bu işdə kiminsə əli olub, bunu ediblərsə də Salehə qarşı ediblər. O hadisədən sonra Salehi görməmişəm. Deyərdim ki, Saleh bəlkə də təvazökarlığından, utandığından üzə də çıxmır ki, görünsün. İnsandır da, başına gələn başmaqçı olur. Ona görə də çalışırıq ki, belə şeylər təkrarlanmasın. 

Eldar Quliyev tədbirdəki imperializm rəmzlərinin görünməsinin təxribat olub-olmadığı ilə bağlı məsələyə də aydınlıq gətirib: "Biz rayonlarda illik hesabat keçiririk. Əməkdaşlarımızdan xahiş etdik ki, informasiya versinlər ki, bir qədər ayıq olmaq lazımdır. Yəni belə provokasiyaların qarşısını vaxtında almaq olsun. Bizi istəyənlər də var, istəməyənlər isə daha çoxdur. Cənab Prezident məhz buna görə 9 may paradına Şuşanı azad edən "Yaşma"nın qəhrəmanlarını göndərdi. Paşinyana da göstərdi ki, Şuşanı alan bu igid oğullardır". 

Deputat İmişlidə Ağsaqqallar Şurasının binasının onun olması ilə bağlı yayılan məlumatlara belə reaksiya verib: "İmişlidə Ağsaqqallar Şurasının binası var, biz ora kirayə gəlmişik. Guya ki, o bina mənimdir. Mənim orada heç evim də yoxdur. Kimi maraqlandırırsa, mən deyim, gedib baxsınlar ki, kim ilə müqavilə bağlanıb və kimə kirayə verilib. Onların binası yox idi. Biz gedib yer tapdıq, onu təmir etdik. 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 May 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri