Şalke nin baş məşqçisi: Mahir Emreli kimi hücumçuya qarşı müdafiə olunmaq çox çətindir
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya II Bundesliqasının 2-ci turunun sabah "Kayzerslautern"lə keçiriləcək oyunu haqda danışan "Şalke"nin baş məşqçisi Miron Musliç rəqibin azərbaycanlı hücumçusu Mahir Emreli haqda fikirlərini bölüşüb.
Oxu.Az "Der Betze brennt"ə istinadən xəbər verir ki, Helzenkirhen təmsilçisinin çalışdırıcısı millimizin üzvü barədə bunları deyib:
"Kayzerslautern" bəzi oyunçuların getməsinə baxmayaraq, çox yaxşı futbolçularla gücləndi. Xüsusilə hücumda güclənmə baş verib. Kunze və Şahinlə yarımmüdafiədə yeni güc tapıblar. Mahir Emreli və Prtainə qarşı müdafiə olunmaq çox çətindir. Onlar fiziki cəhətdən güclüdürlər və hazır hücumçudurlar. Bu, bizim üçün ciddi sınaq olacaq".
Qeyd edək ki, "Kayzerslautern" - "Şalke" görüşü sabah keçiriləcək və oyuna 17:00-da start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Avqust 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















