Salome Zurabişvili prezident iqamətgahını tərk etməlidir Baş nazir Kobaxidze
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
“Salome Zurabişvili vəzifəsini tərk etməli və prezident iqamətgahını Gürcüstanın qanuni yolla seçilmiş prezidentinə təhvil verməli olacaq”.
Azpost.info İnterpressnews-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
“Xanım Zurabişvilinin dörd cüməsi qalıb və o, buna öyrəşə bilmir. Mən onun emosional vəziyyətini başa düşürəm, amma təbii ki, dekabrın 29-da iqamətgahını tərk etməli və bu binanı lazımi qaydada seçilmiş prezidentə təhvil verməli olacaq. Xatırladaq ki, Salome Zurabişvili oktyabrın 26-da keçirilən seçkilərdə məğlub olub. O, oktyabrın 26-da keçirilən seçkilərdə radikal müxalifətin qələbəsi üçün mübarizə aparıb. Fikirləşib ki, öz postunda qalmaq üçün təminatları olacaq, lakin oktyabrın 26-da keçirilən seçkiləri çox pis uduzub”, – deyə İrakli Kobaxidze bildirib.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili parlament qeyri-legitim olduğu üçün istefa verməyəcəyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 01 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















