Salyanda 9 kq narkotik vasitə satmaq istəyən iki nəfəri saxlanılıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar.
Bu barədə APA-ya DİN-dən məlumat verilib.
M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb. Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















