Salyanda ağır qəza 3 ölü, 3 yaralı Yenilənib
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Salyanda ağır yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində, dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada ölənlərin sayı üç nəfərə çatıb.
***
Salyanda yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Ölənlər rayonun Şorsulu kənd sakinləri, Əhmədov Elnur Faiq oğlu, Qasımov İlkin Qismət oğlu və Qasımov Nizami Həsənağa oğludur.
Yaralılar isə 2003-cü il təvəllüdlü Hümbətov Əlifağa Elsevər oğlu, 2001-ci il təvəllüdlü Məmmədova Rəhmiyyə Rəhman qızı və 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğludur.
Surxay Şahbazov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 20 İyul 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















