Salyanda ağır qəza: FHN sərnişini xilas etdi Foto
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan rayonunun Kürsəngi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Axar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Hyundai Tukson” markalı minik avtomobilinin, ilkin ehtimala görə, yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirirək çevrilməsi nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalması müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi alətlərin köməyi ilə yol-nəqliyyat qəzası zamanı nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Əhmədov Rafət Hilal oğlu avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində Salyan rayon sakinləri, 1970ci il təvəllüdlü Hüseynov Elxan Qulam oğlu, 1961-ci il təvəllüdlü Əhmədov rafət Hilal oğlu və 1969-cu il təvəllüdlü Əhmədova Mənzər Afət qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:134
Bu xəbər 31 Dekabr 2024 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















