Salyanda avtomobil kanala aşıb, 4 nəfər ölüb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Salyan, 30 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı nəqliyyat vasitəsinin kanala düşməsi nəticəsində 4 nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yanvarın 29-da saat 23 radələrində Salyan rayonu Seyidlər kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və kanala aşıb.
Hadisə yerinə təcili təxirə salınmaz tibbi yardım briqadası, FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəza nəticəsində Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və övladları R.E.İsmayılov, H.E.İsmayılov ölüb. Aparılan əməliyyat zamanı bir azyaşlı uşaq xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 30 Yanvar 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















