Salyanda “Əllərin yaratdığı naxışlar” adlı ustad dərsi təşkil olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Salyan, 24 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Tarix-Diyarşünaslıq Muzeyində “Əllərin yaratdığı naxışlar” adlı ustad dərsi təşkil olunub.
Şirvan-Salyan regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunan ustad dərsi rəssam, bədii oyma ustası Rauf İbrahimovun rəhbərliyi ilə keçirilib. İştirakçı uşaqlara ilk olaraq ağac üzərində oyma sənəti haqqında məlumat verilib. Sonra uşaqlar əyani formada oyma işləri ilə məşğul olublar.
Ustad dərsi uşaqlarda milli sənətkarlıq ənənələrinə maraq oyatmaq, yaradıcı bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub.
Baxış sayı:73
Bu xəbər 24 Avqust 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















