Icma.az
close
up
RU
Salyanda Kür çayı sahilində ağacəkmə kompaniyası keçirilib FOTOLAR

Salyanda Kür çayı sahilində ağacəkmə kompaniyası keçirilib FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ana Kür”  Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Salyan rayonu ərazisində “Cop29-un qlobal missiyalarının yerlərdə təşviqi" layihəsinin fəaliyyət planına uyğun olaraq növbəti tədbirini keçirmişdir. Layihənin icra olunduğu ərazidə, vaxtı ilə Tuğay meşələri olmuş Kür çayı sahilində ağacəkmə aksiyası keçirilmişdir.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan Rayon təşkilatının,  Salyan bələdiyyəsinin, Salyan Rayon Yaşıllaşdırma  və Kommunal Təsərrüfatı  idarəsinin,  Dövlət Aqrar İnkişaf Mərkəzinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan regional Ekologiya və Təbii Sərvətlər idarəsinin səlahiyyətli nümayəndələri, yerli media və vətəndaş çəmiyyəti təmsilşil edən Rayon ziyalılar ictimai birliyi və rayon ağsaqqallar şurasının rəhbərləri, Ana Kür ictimai birliyinin üzvləri və yerli sakinlər iştirak etmişlər.

Layhə rəhbəri Rüstəm Məlikov tədbir öncəsi ötən il Bakı şəhərində  keçirilən COP29-un  qlobal missiyalarını xatırlamış və bu sırada dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyətinin,  ictimaiyyətin üzərinə düşən vəzifələrdən söz açmışdır. Ağacəkmə aksiyası çox mütəşəkkil qaydada icra olunmuşdur. Kür çayı sahilində bu məqsəd üçün ayrılmış ərazidə 100 ədəd Eldar şamı və digər yaşıl ağaclar əkilmişdir. Sonra ərazi rayon yaşıllaşdırma idarəsinin  köməyi ilə suvarılmışdır.

İctimaiyyət nümayəndələri tədbirdə ərazidə yaşayanları narahat edən bir məsələnin də həllinin çözüldüyünün şahidi olmuşlar. Belə ki, indiyə kimi ərazidə əkilən yeni ağaclar nə qədər mühafizə olunsa da yerli əhalinin mal-qarasının təsiririnə məruz qalmaqda idi və lazımınca inkişaf edə bilmirdi. Salyan Rayon Salyan Bələdiyyəsinin sədri Telman Ağabəyovun təşəbbüsü ilə ağac əkilmiş ərazinin hündür dəmir məxtill-setkalarla  əhatə olunması qərar alındı və bu məqsədlə hazırlıq işlərinə başlanıldı. Ağacəkmə kompaniyasında iştirak edən ekologiya nazirliyinin yerli əməkdaşları iştirakçıları ağaclara yay aylarında qulluq göstərilməsi qaydası barədə tövsiyyələr verdilər

Tədbir iştirakçıları Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə bu il geniş qeyd edilən “Konistitusiya və suverenlik ili” çərçivəsində Salyanda həyata keçirilən tədbirlər sırasında Kür çayı sahilində yeni ağacların əkilməsinə dair icra olunan tədbirin  xüsusi əhəmiyyəti vardır. Çünki, icra olunan tədbirlər, ölkəmizdə həyata keçirilən ekoloji siyasətin və COP29-un qlobal missiyalarının rellaşmasına xidmət edir.

Tədbir sonu iştirakçılar Kür çayı sahillərində ekoloji tədbirlərin davamlı olması üçün yeni təşəbbüslər göstərəcəklərini vurğulamış və xatirə şəkli çəkdirmişlər.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 May 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri