Icma.az
close
up
RU
Salyanda möhtəşəm Zəfərin 5 illiyi

Salyanda möhtəşəm Zəfərin 5 illiyi

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Salyan rayon Heydər Əliyev adına meydanda Şanlı Zəfərimizin beşinci ildönümünə həsr olunan təntənəli bədii-musiqili bayram tədbiri keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatı Günay Ağamalı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və rayonunun digər qonaqları iştirak ediblər.

İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.


Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov tədbir iştirakçılarını Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edib. O qeyd edib ki, müasir dövlətçilik tariximizin zirvə nöqtəsi - ən qürurverici məqamı olan möhtəşəm Zəfərimizi beşinci ildir ki, milli qürur duyğusu ilə qeyd edirik.


Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın düşmən işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. 


Natiq vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq bərpa işləri Azərbaycan dövlətinin, Liderinin yorulmaz fəaliyyətinin ən mühüm nəticəsidir. Möhtərəm cənab Prezident lham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycan bundan sonra da möhtəşəm nailiyyətlərə imza atmaqla yeni qələbələr qazanacaq, Vətənimizin hər bir guşəsində qürurla ucaldılan üçrəngli bayrağımız daim zirvələrdə əzəmətlə dalğalanacaqdır. 


Milli qürurun, şərəfin, ləyaqətin zəfər çaldığı bu tarixi günə həsr olunmuş konsertdə Respublikanın tanınmış mədəniyyət, incəsənət xadimlərinin və Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik, qələbə ab-havalı musiqilər səsləndirilib. Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Noyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri