Icma.az
close
up
RU
Salyanda qardaş qardaşı bu səbəbdən öldürdü TƏFƏRRÜAT

Salyanda qardaş qardaşı bu səbəbdən öldürdü TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Salyan rayonunda 1977-ci il təvəllüdlü Əfsən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı, 1974-cü il təvəllüdlü Mahiri (adlar şərti göstərilib – red.) qətlə yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 15 iyul 2022-ci ildə, gecə saat 2 radələrində baş verib. Əfsən yaşadığı fərdi yaşayış evinin həyətində qardaşı Mahir ilə masa arxasında spirtli içki qəbul edib və yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşüb. 
Daha sonra Mahirin dəvəti ilə evlərinə gəlmiş Salyan şəhər sakinlərinin onlarla birlikdə pivə içdikdən sonra ikisinin də evin salonuna daxil olub və divanda əyləşərək otağın işıqlarını söndürdüblər. 
Əfsən qardaşının başqa şəxslərin evdə əxlaqsızlıqla məşğul olmalarına şərait yaratdığından şübhələnib. Bu zaman Mahir qardaşı Əfsənlə mübahisə edib. Əfsən həmin şəxslərin evdən getmələrini tələb edib, həyətdə yaranmış səs-küydən narahat olan şəxslər evdən çıxaraq gediblər. 
Daha sonra yenidən Əfsənlə Mahirin arasında mübahisə yaranıb. Mübahisə zamanı Mehman öz hərəkətlərinə haqq qazandırmasından Əfsən əsəbiləşib və onlar əlbəyaxa olub. 
Bu vaxt Əfsən Mahiri cəzalandırmaq məqsədilə evin mətbəxindən götürdüyü bıçaqla həyətdəki hovuzun yanında ona 4 dəfə zərbə vurub. Əfsən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və yetirilən anda insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib. Mahir kəskin qanitirmədən ölüb. 
Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum qardaşı Mahirlə birlikdə atasına məxsus evdə yaşayıb: “2022-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə, saat 02:30-da spirtli içkinin təsiri altında olarkən həyətimizdə qardaşım ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı Mahir mənə yumruq, təpik atdığı üçün əsəbiləşdim. Evin mətbəxindən bıçaq götürərək həyətə çıxdım və əlimdəki bıçaqla qardaşıma bir neçə zərbə vurdum. Mahirin yaralı olduğunu görərək küçəyə çıxdım və qonşuluqda yaşayan Fəhmini çağırdım, ondan təcili-tibbi yardım çağırmasını xahiş etdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra zəng edərək qardaşı Elçinə hadisə barədə məlumat verib: “Gecə saat 03:15-də təcili tibbi yardım avtomobili ilə gələrək Mahiri Salyan Rayon Mərkəzi Xəstəxanasına apardı. Həmin vaxt qardaşım sağ oldu, polis şöbəsinə gedərək hadisə barəmdə ətraflı izahat və ifadələr verdim. Bıçağı konüllü olaraq istintaqa təqdim etdim. Qardaşım Mahiri öldürmək fikrim olmayıb. Qardaşımın evə pozğun qadın gətirdiyini qəbul edə bilməmişəm. Sonuncu pis hərəkətinə görə özünə haqq qazandırdığı üçün əsəbiləşdim. Ona bıçaqla bir neçə xəsarət yetirdim”. 
İş üzrə zərərçəkmiş Mahirin hüquqi varisi qismində ifadə verən qardaşı Elçinin sözlərinə görə, mərhum qardaşı Mahir digər qardaşı Mahirlə atalarına məxsus evdə birlikdə yaşayıblar: “15 iyul 2022-ci ildə, gecə saat 03:00-da Mahirin qonşusu Fəhmin zəng edərək Mahirlə Əfsən bir-birləri ilə həyətdə mübahisə etdiklərini, Əfsənin Mahiri bıçaqladığını, onu xəstəxanaya aparıldığını dedi. Sonra mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Xəstəxanaya gedərək orada Mahirin öldüyünü eşidərək ata evinə gəldim. Polislərin məhəlləyə gələrək qardaşım Əfsəni saxlayaraq polis şöbəsinə apardılar”. 
İş üzrə şahid qismində ifadə verən Əminənin sözlərinə görə, iyulun 15-də gecə saatlarında Mahirin dəvəti ilə tanışı Mahirə adlı qadınla onun evinə getdik. Evdə Mahirin qardaşı Əfsənlə aqressiv şəkildə danışmaqla mübahisə etdiyini gördük. Buna görə də maşına oturaraq oradan uzaqlaşdıq və yaşadığım evə getdim. Növbəti gün saat 10 radələrində polis əməkdaşları zəng edərək Salyan Rayon Polis Şöbəsinə dəvət etdilər. Şöbəyə gedəndə həmin gecə biz evdən çıxandan sonra Mahirin mübahisə zəminində qardaşı Əfsən tərəfindən bıçaqladığını və onun xəstəxanada öldüyünü öyrəndik”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfsən 9 il müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri