Icma.az
close
up
RU
Salyanda yüksək bal toplayan məzunlarla görüş FOTO

Salyanda yüksək bal toplayan məzunlarla görüş FOTO

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-2025-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlarla və respublika fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunları və olimpiada qaliblərini təbrik edib, müvəffəqiyyətlərinə görə hər birinə uğurlar arzulayıb. Bunun böyük nailiyyət olduğunu qeyd edərək, bu işdə əməyi olan müəllimlərə minnətdarlıq edib, tələbə gənclərə ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verməyi arzulayıb. 

RİH başçısı dövlət başçısının təhsilə olan diqqət və qayğısından söz açaraq təhsil sahəsində görülən işlərdən, qarşıya qoyulan məqsədlərdən, həyata keçirilən ardıcıl və davamlı tədbirlərdən, ölkəmizdə o cümlədən rayonumuzda son illərdə elmin və təhsilin inkişafında qazanılan uğurlardan danışıb. Dövlətin gənclərə göstərilən diqqət və qayğısına mükəmməl təhsilləri, yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini, Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşəcəklərini bildirib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevdə çıxışında gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılığını bildirib, regionda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib. Natiq qeyd edib ki, 2024-2025-ci tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 25 nəfər məzunu müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstəriblər. Məzunlardan 51 nəfər fərqlənmə, 2 nəfər isə xüsusi nümunəli attestat (1 qızıl, 1 gümüş nişan) alıblar.  Respublika Fənn Olimpiadalarının qalibi olan Abel Fərəcov və Cabir Bağırlı qızıl, Əkbər Qəniyev, Mətin Bahadirli və Pəri Bağırova  gümüş medala layiq görülüblər.

Ali məktəblərə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar isə çıxışlarında bundan sonra da daha fəal çalışaraq ölkəmizə layiqli vətəndaş kimi yetişəcəklərinə söz veriblər. Çıxışlar zamanı təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham  Əliyevə və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonda müvəffəqiyyətləri ilə fərqlənən məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see335

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see186

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see161

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see143

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see136

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see130

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see118

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri