Şam yeməyi zamanı yarana biləcək xərçəng əlamətləri
Lent az saytına istinadən Icma.az xəbər verir.
Yemək zamanı narahatlıq hissi və az miqdarda qida qəbul etdikdən sonra tez doymaq mədə xərçənginin xəbərdaredici əlamətlərindən biri ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, xəstəliyin ilkin əlamətlərindən biri erkən doyma hissidir. Əgər bir neçə tikə yemək yedikdən sonra özünüzü tamamilə tox hiss edirsinizsə, buna diqqət yetirmək lazımdır.
Bu simptom həzm sistemi ilə bağlı müxtəlif problemlərə, o cümlədən onkoloji xəstəliklərə işarə edə bilər.
Orqanizmdə baş verən belə dəyişikliklərə məhəl qoymamaq qida maddələrinin çatışmazlığına və sürətli çəki itkisinə səbəb ola bilər.
Buna görə də həkimə müraciəti təxirə salmamaq və ciddi xəstəliklərin olub-olmadığını müəyyənləşdirmək tövsiyə olunur.
Mədə xərçənginin digər erkən əlamətləri
Mədə xərçəngini ilkin mərhələlərdə müəyyənləşdirmək çətin ola bilər. Çünki onun əlamətləri çox vaxt adi həzm pozuntularına bənzəyir.
Bununla belə, diqqət yetirilməli bir neçə əlamət var:
• Tez-tez mədə yanması və həzm pozuntuları;
• Yeməkdən sonra mədədə ağırlıq və köp hissi;
• Qarın və döş qəfəsində narahatlıq və ya ağrı;
• Udma çətinliyi (disfagiya);
• Tez-tez gəyirmə;
• Ürəkbulanma və qusma (bəzən qan qarışıq);
• Səbəbi bilinməyən çəki itkisi.
Bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, xüsusilə də əlamətlər davamlı xarakter daşıyırsa, həkimlə məsləhətləşmək vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Oktyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















