Icma.az
close
up
RU
Samanyolu və Andromeda dumanlığı toqquşmaya bilər

Samanyolu və Andromeda dumanlığı toqquşmaya bilər

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Avropa və ABŞ-dan olan astrofiziklər Samanyolu ilə onun ən yaxın böyük qonşusu – Andromeda qalaktikası arasında növbəti 10 milyard il ərzində baş verəcək qravitasiya qarşılıqlı təsirini maksimum dəqiqliklə modelləşdiriblər. Yeni hesablamalar, qalaktikaların yaxınlaşmasının gələcəkdə mütləq toqquşma ilə nəticələnəcəyinə dair əvvəllər irəli sürülmüş proqnozlara ciddi şəkildə yenidən baxılmasına səbəb olub.

Bu barədə Böyük Britaniyanın Durham Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Əvvəlki tədqiqatlarda əsas diqqət Samanyolu, Andromeda və Üçbucaq qalaktikalarının qarşılıqlı təsirinə yönəlmişdi. Biz isə bu modellərə Kiçik Magellan Buludunu da əlavə etdik. Kütləsi nisbətən az olsa da, bu obyektin cazibə qüvvəsi Samanyolu qalaktikasının trayektoriyasını kifayət qədər dəyişə bilir. Nəticədə Andromeda ilə toqquşma ehtimalı əhəmiyyətli dərəcədə azalır,” – deyə Helsinki Universitetinin (Finlandiya) tədqiqatçısı Till Savala bildirib.

Alimlərin sözlərinə görə, Samanyolu qalaktikası yalnız bir neçə cırtdan qalaktika ilə deyil, həm də bir sıra böyük obyektlərlə, o cümlədən Andromeda qalaktikası (M31) ilə əhatə olunub. 2,5 milyon işıq ili uzaqlıqda yerləşən bu qalaktikanın Samanyoluna yaxınlaşdığı artıq uzun illərdir ki, astronomlar tərəfindən müşahidə edilir və bir çoxları qarşıdakı 4,5 milyard il ərzində onların toqquşacağını ehtimal edirdilər.

Avropa və Amerika astrofizikləri bu proqnozu daha dəqiq müəyyənləşdirmək üçün 10 milyard il ərzində Samanyolu və onun yaxın ətrafında baş verə biləcək hadisələri əhatə edən ən əhatəli kompüter modelini hazırlayıblar. Bu modelləşdirmə zamanı tədqiqatçılar yalnız iki böyük qalaktikanın hərəkətini deyil, həmçinin onların peyklərinin, o cümlədən Kiçik Magellan Buludu və Andromedanın yaxın peyki sayılan M32 qalaktikasının təsirlərini də nəzərə alıblar.

Aparılan simulyasiyalar nəticəsində məlum olub ki, qarşıdakı 5 milyard il ərzində Samanyolu ilə Andromeda qalaktikasının toqquşma ehtimalı cəmi 2 faiz təşkil edir. 10 milyard il sonra belə bir hadisənin başvermə ehtimalı isə 50 faizdən bir qədər artıq qiymətləndirilir. Bu nəticələr əvvəlki tədqiqatların ortaya qoyduğu qaçılmaz fəlakət ssenarisini ciddi şəkildə sual altına alır.

“Ətrafımızdakı kainatda qalaktikaların toqquşması və birləşməsi, superkütləli qara dəliklərin partlayışları kimi hadisələrə tez-tez rast gəlirik. İndiyə qədər biz də Samanyolunun belə bir aqibətlə qarşılaşacağını düşünürdük. Ancaq indi görürük ki, bizim qalaktikamızın belə bir taledən qurtulmaq üçün real şansı var,” – deyə Durham Universitetinin professoru Frank Karlos vurğulayıb.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri