Icma.az
close
up
RU
Şamaxı dakı kimi çıxış etmək üçün çox çalışıram Qəbələ nin forvardı

Şamaxı dakı kimi çıxış etmək üçün çox çalışıram Qəbələ nin forvardı

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qəbələ"nin forvardı Kərim Rossi Sportal.az saytına müsahibə verib. 

- "Qəbələ" son turda evdə "Sabah"a 0:4 uduzdu. Bu görüşdə iştirak etməsən də, hər halda oyunu izləyirdin. Səncə, məğlubiyyətə səbəb nə oldu?

- Bəli, bu oyunda iştirak etmirdim, çünki "Sumqayıt"la matçda zədələnmişdim. Amma ümid edirəm ki, "Araz-Naxçıvan"la qarşılaşmada yenidən meydanda olacam. Düşünürəm ki, belə oyunlarda müdafiədə möhkəm dayanmaq və əlinə düşən 1-2 fürsətdən yararlanmağa çalışmaq lazımdır, çünki "Sabah"a qarşı oynamaq həmişə çətindir. Belə rəqibə qarşı üstünlük qurmaq və ya çoxlu qol şansı yaratmaq asan deyil. Onların heyətində yüksək səviyyəli oyunçular var – bunu bir daha sübut etdilər, elə buna görə də hesab 4:0 oldu.

- "Sabah" ötən mövsümlə müqayisədə bu daha da güclü, qarşısıalınmazdır?

- Əminəm ki, "Sabah" yenə çempion olacaq. Onlar digər komandalardan tamamilə fərqli səviyyədədirlər.

- Əslində, "Qəbələ"nin heyəti pis görünmür. Bəs nəyə görə nəticə qazanmaq alınmır?

- Fikrimcə, fərdi planda yaxşı oyunçularımız var. Azərbaycan çempionatı çətindir və yeni gələn futbolçuların buraya uyğunlaşması heç də asan deyil. Mövsümün gedişində baş məşqçinin və oyun sisteminin dəyişməsi bəzən çətinlik yarada bilər, amma bu, bəhanə ola bilməz. Biz, futbolçular, daha yaxşısını etməliyik. Futbol anlardan və özünəinamdan ibarətdir. Biz ən yaxşı oyunumuzu tapmaq üzərində çalışırıq və komanda tam uyğunlaşdıqdan sonra hər şeyin daha yaxşı olacağına əminəm. Mövsüm qısa məsafəli qaçış deyil, marafondur!

- Görünən budur ki, yeni baş məşqçi də nəyisə dəyişə bilmir. Baxmayaraq ki, o, qısa müddətdir gəlib...

- Mövsümün ortasında komandaya rəhbərlik etmək heç bir məşqçi üçün asan deyil. Lakin yeni baş məşqçimiz yaxşı ideyalarla gəlib. O, hər birimizdən maksimum yararlanmağa və güclü bir kollektiv formalaşdırmağa çalışır. İnanıram ki, tam uyğunlaşdıqdan sonra daha yaxşı nəticələr əldə edəcəyik.

- "Qəbələ"nin stabil olaraq uğurlu çıxış etməsi üçün nə lazımdır? Çatışmayan əsas nədir, hansısa problem var?

- Düşünürəm ki, biz ehtirasla, ürəklə və çox çalışaraq vahid bir komanda kimi çıxış etməliyik. Əsas məsələ budur.

- Növbəti turda rəqibiniz "Araz-Naxçıvan"dır. Onlar bu mövsüm qələbə qazana bilməyib və sonuncu pillədədir. Bu görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? 

- Bu liqada hər şey ola bilər, hər bir komanda hörmətə layiqdir. "Araz-Naxçıvan" çətin dövrdən keçir, amma onlar da bizim kimi bu vəziyyətdən çıxmağa çalışırlar. Bu, bizim üçün çox vacib oyundur.

- "Şamaxı"da daim qol vururdun, daha çox effektivlik göstərirdin, oyuna çox təsir edə bilirdin. "Qəbələ"də bunun baş verməsi üçün zamana ehtiyac duyursan, yoxsa "Qəbələ"də xoşbəxt deyilsən?

- “Qəbələ”də özümü xoşbəxt hiss edirəm. Ümid edirəm ki, bu həftəsonu tam hazır olacam. "Şamaxı"dakı kimi çıxış etmək üçün çox çalışıram. Hücumçuların performansı ətrafındakı oyunçulardan çox asılıdır. Əminəm ki, Rafael Utziq ilə yaxşı tandem qura biləcəyik. İnşallah. Düşünürəm ki, zaman keçdikcə vəziyyət yaxşılaşacaq və Kərim Rossinin ən yaxşı tərəflərini hələ qarşıda görəcəksiniz. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sportal.az
archiveBu xəbər 20 Oktyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri