Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Şamaxı hələ qədimdən üzüm istehsalının paytaxtı kimi məşhurdur

Şamaxı hələ qədimdən üzüm istehsalının paytaxtı kimi məşhurdur

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 sentyabr, Abdulla Suvar, AZƏRTAC

Şamaxı növbəti dəfə Üzüm və Şərab Festivalına ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxildir.

Azərbaycanın üzüm sortları – Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərləri ölkəmizi nəinki sovet məkanında, bütün dünyada şərabçılıq və üzümçülük ölkəsi kimi məşhurlaşdırmışdı. Ancaq təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində bu sahə tənəzzülə uğradı. Hazırda bu gün Azərbaycanda üzümçülük yenidən öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar, dövlət proqramları qəbul edilib. Aqrar sahənin digər istiqamətləri kimi, şərabçılığa da dövlət dəstəyi göstərilir, subsidiyalar, güzəştli kreditlər verilir.

Festivalın məkanı kimi Şamaxının seçilməsi heç də təsadüfi deyil. Şamaxı hələ qədimdən poeziyanın, musiqinin vətəni olmaqla yanaşı, həm də üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri, üzüm istehsalının paytaxtı kimi məşhurdur.

Şamaxıda üzümçülüyün inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində rayonda 37 min hektar üzüm bağı var idi. Məhsuldarlıq ildə 240 min tondan çox idi. Müstəqilliyimizin ilk illərində bu sahə diqqətdən kənarda qaldı, üzüm bağlarının əksəriyyəti məhv oldu. Amma bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə üzümçülüyün inkişafı yenidən dövlət səviyyəsində dəstəklənir. Hazırda rayonda yeni salınan üzüm bağlarının ərazisi 1,7 min hektardan çoxdur.

Şamaxı Rayon İcra Hakimiyyətinin, "Abqora" restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə növbəti dəfə təşkil olunan festival da bu regionda şərabçılıq və üzümçülüyün inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak edir.

Onların sırasında "Şərq ulduzu" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) istehsal etdiyi şərablar da var. MMC-nin əməkdaşı Qəhrəman Alrzayev AZƏRTAC-a müsahibəsində bildirib ki, "Şərq ulduzu" 2008-ci ildən Şəmkir rayonunda fəaliyyətə başlayıb. Əsasən meyvə araqları, konyak və sərab istehsalı ilə məşğuluq.

"Şamaxıda Üzüm və Şərab Festivalında artıq dördüncü dəfədir iştirak edirik. Festivalın təşkilindən çox razıyıq. Burada həm məhsullarımızı reklam edirik, həm də müştərilərlə birbaşa təmasda ola bilirik. Builki festivala demək olar ki, bütün məhsullarımızdan gətirmişik. Festivalda bizim məhsullara maraq çox yüksəkdir", - deyə həmsöhbətim bildirib.

Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil edilir, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılır. Bu da yerli sakinlər və turistlərin böyük marağına səbəb olur. Burada ziyarətçilər həm də, bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə edə bilirlər.

Festivalın iştirakçılarından olan "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova AZƏRTAC-a müsahibəsində bildirib ki, Üzüm və Şərab Festivalı Azərbaycanın kənd təsərrüfatı və turizm potensialının dünyaya təqdimatında mühüm platformadır.

"Bu gün ölkəmizin hər bir bölgəsində Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində kənd təsərrüfatının inkişafına, ənənələrin qorunmasına və ixrac potensialının gücləndirilməsinə xidmət edən tədbirlər təşkil olunur. Şamaxıda baş tutan Üzüm və Şərab Festivalı da məhz bu siyasətin bariz nümunəsidir. Festival həm istehsalçıların, həm də sahibkarların üzümçülük və şərabçılıq sahəsində əldə etdiyi nailiyyətlərin ictimaiyyətə tanıdılması üçün geniş imkanlar yaradır. Bununla yanaşı, yerli brendlərin beynəlxalq bazarlara çıxışı baxımından da əhəmiyyətli platforma rolunu oynayır. İlk növbədə, bu festival Şamaxı və ətraf rayonların sosial-iqtisadi inkişafına dəstək verir. Qonaqların və turistlərin axını yerli sahibkarlığın, turizmin, xidmət sektorunun canlanmasına səbəb olur. Digər tərəfdən, festival milli mətbəximizin, musiqimizin, qədim ənənələrimizin tanıdılmasına da geniş şərait yaradır. Bu festivalın artıq dördüncü dəfə keçirilməsi kənd təsərrüfatı siyasətində ardıcıllığın göstəricisidir. Əminəm ki, gələcəkdə də ölkəmizin müxtəlif bölgələrində bu qəbildən möhtəşəm tədbirlər keçiriləcək və Azərbaycanın zəngin kənd təsərrüfatı ənənələri dünya miqyasında tanıdılacaq", - deyə Arzu Bağırova söyləyib.

Üzüm və Şərab Festivalı əyləncə və məhsul bayramı ilə yanaşı, həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.

Bu fürsətdən yararlanmaq istəyənlər sırasında Ağsuda fəaliyyət göstərən “Az-Granata” şirə və şərab emalı zavodu da var. “Az-Granata”ın istehsalı olan şərablar da keyfiyyətinə görə qonaqların marağına səbəb olub. “Az-Granata” MMC-nin marketinq üzrə mütəxəssisi Niyazi İslamzadə dəyib ki, şirkət 2011-ci ildə fəaliyyətə başlayıb. "Az-Granata" Cənubi Qafqazın ən böyük içki istehsalçılarından biridir. “Həm alkoqollu, həm də alkoqolsuz məhsullar istehsal edirik. Məhsullarımız həm yerli bazara, həm də xaricə ixrac edirik. Festivalın şirkətimizə müsbət təsiri var. Festivala alkoqollu bütün məhsullarımızdan gətirmişik və onlara böyük maraq var. Hər dəfə bu festivalda iştirakdan sonra bizim məhsulların satışı daha da artır”,-deyə marketinq üzrə mütəxəssis söyləyib.

Festival ərazisində sərgi və məşhur restoranların pavilyonları quraşdırılıb. Ziyarətçilər üçün həm də rəssamların üzümçülük mövzusunda əsərləri sərgilənir.

Festivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edirlər.

Festivalın miqyası ildən-ilə genişlənir, bu da onu göstərir ki, Azərbaycan şərabçılığının ənənələri çox qədim və zəngindir. Hazırda Azərbaycan şərabçılığı yeni mərhələni yaşayır. Həmçinin Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

Qeyd edək ki, artıq dördüncü dəfədir keçirilən Üzüm və Şərab Festivalına bu gün yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri