Icma.az
close
up
RU
Şamaxı Kəpəzi, Zirə Sumqayıtı qəbul edir

Şamaxı Kəpəzi, Zirə Sumqayıtı qəbul edir

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bu gün və sabah keçiriləcək oyunlarla Misli premyer-liqasında 15-ci tura yekun vurulacaq.

Matçların üçü də “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
2-ci dövrə, 15-ci tur
30 noyabr
Şamaxı – Kəpəz

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 17:+12=4-1, 40:11.
1999/00 – 3:1; 2000/01 – 3:0; 2001/02 – 2:0; 2003/04 – 8:0; 2004/05 – 2:0; 2005/06 – 5:0; 2010/11 – 1:0; 2011/12 – 0:0; 2012/13 – 3:1; 2015/16 – 1:0, 1:0; 2016/17 – 2:2, 4:1; 2017/18 – 3:2, 0:2; 2022/23 – 1:1, 1:1.
Cəzalılar: Adil Nağıyev, Vasili Bakic (hər ikisi “Şamaxı”)
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı, şəhər stadionu. Saat 14.30.
Artıq “Şamaxı”nın ciddi eniş yaşadığı heç kimə sirr deyil. Ayxan Abbasovun rəhbərliyi altında startda inamlı qələbələr qazanan komanda son 7 turda mümkün 21 xaldan ikisini qazanıb. Düzdü, mövsümün əvvəlində qazanılan uğurlar və aşağı pillələrdə qərarlaşan kollektivlərin büdrəməsi “şirlər”in turnir cədvəlindəki mövqeyinə, demək olar ki, təsir etmir. Lakin bölgə təmsilçisi “qara zolaq”dan xilas olmağı bacarmasa, xoşagəlməz aqibətlə üzləşə bilər. Odu ki, xal və ya xallar qazanmaq vacibdi. Bəli, bunun üçün “Kəpəz”ə mərhəmətsiz davranmaq lazım gələcək. Amma gəncəlilərin durumu da ürəkaçan deyil. Azər Bağırovun komandası sonuncu sıraya elə pərçimlənib ki... Bu üzdən “sarı-göylər” səfərdən azı bir xalla qayıtmaq üçün əlindən gələni əsirgəməyəcək. Belədə Şamaxıda gərgin və baxımlı oyun izləməyimiz mümkündü. Axı həm Ayxan Abbasov, həm də Azər Bağırov xüsusi dəsti-xətti olan və bunu futbolçulara aşılamaq bacarığına sahib məşqçilərdi. O başqa məsələ ki, Gəncə təmsilçisi bu rəqibin meydanında uğur qazanmaqda çətinlik çəkir.
Komandalar indiyə qədər 35 dəfə qarşılaşıb. Bunların 18-də “Şamaxı”, 8-də “Kəpəz” qələbə qazanıb, 9-da “sülh” qeydə alınıb. Topların nisbətində “şirlər” öndədi – 59:35.
Zirə – Sumqayıt
“Zirə”nib u rəqiblə ev oyunlarının balansı: 17:+10=6-1, 24:11.
2015/16 - 3:2, 1:0; 2016/17 - 0:1, 1:0; 2017/18 - 3:1, 1:1; 2018/19 - 3:1, 2:0; 2019/20 - 2:2; 2020/21 - 2:2, 0:0; 2021/22 - 1:0, 1:0; 2022/23 - 0:0, 3:1; 2023/24 - 1:0, 0:0.
Cəzalı: Cordan Rezabala (Sumqayıt).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.00.
Son altı matçda cəmi bir qələbə… Təbii ki, “Zirə”nin azarkeşləri komandadan daha artığını gözləyir. Hədəf avrokuboklara yollanmaqdısa, ümumiyyətlə, iddialı komanda qurmaqdısa, nəticələr də buna uyğun olmalıdı. Hər halda, Rəşad Sadıqov iddiasız komandanı çalışdırmaz! Odu ki, “qartallar” dərhal özünə gəlməli və xal ehtiyatını artırmalıdı. “Doğma divarlar” arasında meydana çıxacaq qəsəbə təmsilçisi bu prosesi başlatmaq üçün yubanmamalı, “Sumqayıt”la matçda qələbə qazanmalıdı. Əlbəttə, hədəf çatmaq asan görünmür. “Gənclik şəhəri”nin təmsilçisi müvəqqəti baş məşqçisi Vaqif Cavadovun rəhbərliyi altında meydana çıxdığı son dörd matçın üçündə qalib gəlib. Etiraf edək ki, komandanın oyununda müsbət mənada dəyişikliklər var. Belədə Zirədəki görüş də intriqaları keçəcək. Meydan sahibləri ilk “dördlük”, qonaqlar isə daha yuxarı pillələr uğrunda tər tökəcək. Maraqlıdı ki, Rəşad Sadıqovun komandası son 16 oyunda bu rəqibə uduzmayıb. “Sumqayıt” isə altı matçdı “Zirə”nin qapısından top keçirə bilmir.
Ümumiyyətlə, “qartallar” və “kimyaçılar” indiyə qədər 36 dəfə üz-üzə gəlib. Bunların 19-da qəsəbə, 6-da “gənclik şəhəri”nin təmsilçisi üç xala yiyələnib, 11-də isə qalib müəyyənləşməyib. Topların nisbətində zirəlilər üstündü – 46:22.
1 dekabr
Neftçi – Qarabağ

“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 47:+12=16-29, 44:62.
1992/93 – 1:1; 1993/94 – 1:1; 1994/95 – 3:2; 1995/96 – 2:2, 2:2; 1996/97 – 0:0; 1997/98 – 1:1; 1998/99 – 0:0, 0:0; 1999/20 – 2:0; 2000/01 - +:-*; 2001/02 – 1:0; 2003/04 – 2:0; 2004/05 – 1:0; 2005/06 – 2:0; 2006/07 – 0:0; 2007/08 – 0:0; 2008/09 – 0:1; 2009/10 – 0:0, 0:0; 2010/11 – 1:1, 2:0; 2011/12 – 3:2, 2:1; 2012/13 – 0:1, 1:2; 2013/14 – 0:0, 1:4; 2014/15 – 1:3, 0:1; 2015/16 – 1:0, 1:2; 2016/17 – 0:2, 1:2; 2017/18 – 1:3, 0:0; 2018/19 – 3:1, 2:3; 2019/20 – 0:0; 2020/21 – 0:6, 1:0; 2021/22 – 1:2, 1:2; 2022/23 – 0:4, 2:4; 2023/24 – 0:2, 1:4.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirli, Elçin Məsiyev.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Elşad Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı, “Neftçi Arena”. Saat 19.00.
Tura Azərbaycan derbisiylə yekun vurulacaq. Bazar günü keçiriləcək matçı futbol ictimaiyyəti maraqla gözləyir. Kimin qalib gələcəyini təxmin etmək də çətin deyil. Ona görə ki, “Neftçi” hələ də tam özünə gəlməyib. Komandanın oyun tərzi, futbolçuların fiziki və psixoloji durumuyla bağlı problem böyük ölçüdə qalmaqdadı. Bunu Samir Abasov da etiraf edir. Düzdü, “Qarabağ” “Lion”la matçda böyük güc sərf etdi. Amma “köhlən atlar”ın təcrübəsi, sabit nəticələr qazanması və potensialı “ağ-qaralar”ın şanslarını xeyli azaldır. Böyük ehtimalla ağdamlılar əzəli rəqibin meydanından qalib ayrılmaq üçün əlindən gələni edəcək.
Təbii ki, “ağ-qaralar”ın ötən həftə “Zirə”ni məğlub etdiyini bilirik. Lakin hələ komandanın durumu Azərbaycan derbisini təkcə tribunalarda və ya mətbuatda yox, həm də meydanda hiss edə bilmək üçün uyğun deyil. Əlbəttə, futbolda istənilən nəticə bizi təəccübləndirməməlidi. O başqa məsələ ki, “Qarabağ” bu rəqibi ardıcıl 6 oyundu ki, məğlub edir. “Neftçi” isə son 13 matçda “köhlən atlar”ın öhdəsindən gələ bilməyib.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 96 dəfə qarşılaşıb. Bunların 42-də Ağdam, 23-də Bakı təmsilçisi qələbə qazanıb, 31-də isə hərəyə bir xal düşüb. Topların nisbətində Qurban Qurbanovun komandası üstündü – 133:84.
Bombardirlər: Felipe Santos (Araz-Naxçıvan) – 8, Coy-Lens Mikels (Sabah) – 7.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Noyabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri