“Şamaxı” millimizin sabiq üzvünə müqavilə təklif etdi İdmanXəbər
Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Premyer Liqada 7-ci sırada qərarlaşan “Şamaxı” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Mehrac Baxşalını heyətinə qatmaq istəyir. Bir müddətdi əyalət klubunun düşərgəsində olan oyunçu barədə məşqçilər heyəti müsbət qərar verib.
“Şirlər” icarə əsasında Baxşalını komandaya götürmək istəyir. Rəhbərlik U-21 millimizin sabiq üzvünə 1,5 illik müqavilə təklif edib.
Müqavilə ilə “Qəbələ”yə məxsus olan oyunçunun durumu hələlik konkretləşməyib. Çünki yarımmüdafiəçinin “qırmızı-qaralar”la da 1,5 illik müqaviləsi var.
Mehrac “Qəbələ” ilə müqavilə uzadacağı təqdirdə, rəhbərlik onun icarə əsasında “Şamaxı”ya keçməsinə icazə verəcək.
Həsən Quluzadə
Baxış sayı:126
Bu xəbər 24 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















