Icma.az
close
up
RU
Şamaxı nın legioneri: Mən sadəcə oyundan həzz aldım, heç kimi dəstəkləmədim

Şamaxı nın legioneri: Mən sadəcə oyundan həzz aldım, heç kimi dəstəkləmədim

Icma.az, sport24.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının IX turunda səfərdə "Qarabağ"la qolsuz heç-heçə edən Dioqo Balau jurnalistlərin suallarını cavablandırıb.
Sport24.az həmin müsahibəni təqdim edir…
- Qarşılaşma haqqında nə deyə bilərsən?
- Çətin oyun idi. Fərqindəydik ki, çətin olacaq. Yaxşı hazırlaşmışdıq. Yaxşı oynadıq. Komanda olaraq, əldə etdiyimiz nəticəyə görə şadam.
- "Qarabağ" Çempionlar Liqasında iştirak edən komandadır. Bu cür rəqiblə qarşılaşmaq sizin üçün nə dərəcədə motivasiyadır?
- Təbii ki, məncə, bütün komanda bundan təsirlənir. Çünki "Qarbağ" Çempionlar Liqasında, Avropa səviyyəsində oynayan klubdur. Bu səviyyədə olan kollektivə qarşı oynamaq bütün heyət üçün ciddi məsuliyyət tələb edir.
- "Qarabağ"ı Çempionlar Liqasında izləyirsən?
- Əlbəttə. Bütün oyunlarına baxıram.
- "Şamaxı"ya yayda gəlsən də, oyununla göstərirsən ki, sanki uzun müddətdir Azərbaycanda, "Şamaxı"da oynayırsan. Bu haqda nə deyə bilərsən?
- Düşünürəm ki, bunlar məşqçilər korpusunun dəstəyi nəticəsindədir. Bu, çox vacib idi ki, biz də özümüzü burada daha rahat hiss etdik. Gəldiyimiz ölkənin da burada rolu var. Azərbaycanda özümüzü rahat hiss edirik. Bu da oyunumuza da təsir edir.
- Bu gedişlə deyəsən, "Şamaxı"da çox qalmayacaqsan?
- Bunu eşitmək yaxşıdır. Hamı istəyər ki, yaxşı liqalarda, yaxşı komandada oynasın, böyük pullar qazansın. Amma mənim hazırda "Şamaxı" ilə müqaviləm var. Özümü də bu komandada çox xoşbəxt hiss edirəm.
- Baş məşqçiniz Ayxan Abbasov həm də Azərbaycan milli komandasının baş məşqçisidir. Bu məqam sizin komandanıza mənfi təsir etmirki?
- Öncə onu deyim ki, bura gəlməmişdən öncə agentim Ayxan Abbasovla işləməyin mənim üçün yaxşı olacağını demişdi. Çünki inkişafıma dəstək olacaq. Təbii ki, hər oyunçunun inkişafında məşqçi amili böyük rol oynayır. İnkişafım üçün məşqçi amili  vacibdir. Milliyə gəldikdə, buradan ancaq pozitiv təsir ala bilərik. Çünki böyük təcrübədir, ölkənin ən yaxşı futbolçuları ilə işləyir, onlarla böyük təcrübə qazanır. Bu da bizə yaxşı təsir edir.
- "Qarabağ" sənin ölkəndən olan "Benfika"nı məğlub etdi. Səncə, Azərbaycan Premyer Liqası həqiqətən yüksəlib ki, bu cür qələbə əldə etdi?
- Maraqlı oyun idi. Mən sadəcə oyundan həzz aldım, heç kimi dəstəkləmədim. Həqiqətən təəccüblü idi ki, "Qarabağ" qazandı. Çünki "Benfika" Avropanın ən yaxşı komandalarından biridir. Amma "Qarabağ"ın qələbə qazanması sevindirici haldır. Bu da liqanın inkişafından, yüksəkliyindən bəhs edir. Premyer Liqadakı digər komandalar da güclənməyə başlayır. "Qarabağ"ın bəzi oyunçuları ilə danışıram, deyirlər ki, bu mövsüm daha da çətindir.
- Azərbaycanda ən çox bəyəndiyin cəhət nədir?
- Azərbaycanda insanların davranışını çox sevirəm. Düzdür, Azərbaycanın bütün hər yerini gəzmək üçün çox vaxtım olmayıb. Amma burada gördüklərimə əsasən deyə bilərəm ki, yanaşma çox yaxşıdır, qonaqpərvər insanlarsınız.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sport24.az
archiveBu xəbər 27 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri