Icma.az
close
up
RU
“Şamaxı” “Qarabağ”a qarşı, Masazırda paytaxt derbisi

“Şamaxı” “Qarabağ”a qarşı, Masazırda paytaxt derbisi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli premyer-liqasında mövsüm başa çatır...
Misli premyer-liqasında mövsümün sonuncu turuna dünən start verildi. Bu gün və sabah keçiriləcək matçlarla "futbol ili" başa çatacaq. Bütün qarşılaşmalar "CBC Sport"un efirində canlı yayınlanacaq.

24 may
Şamaxı – Qarabağ
"Şamaxı"nın bu rəqiblə ev oyunlarının balansı: 29:+5=11-13, 17:33.
2009/10 - 2:1, 0:1; 2010/11 - 1:0, 0:2; 2011/12 - 0:0, 1:1; 2012/13 - 1:1, 0:0; 2013/14 - 1:2, 0:3; 2014/15 - 0:0, 2:1; 2015/16 - 0:2, 1:1; 2016/17 - 2:1, 0:3; 2017/18 - 0:2, 3:0; 2018/19 - 1:1, 0:1; 2019/20 - 0:1, 0:2; 2020/21 - 0:0, 1:1; 2021/22 - 1:1, 0:0; 2022/23 - 0:4, 0:1; 2024/25 - 0:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 20-30-50.
Hakimlər: RAUF CABBAROV, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı, şəhər stadionu. Saat 17.00.
Şamaxıda bu mövsüm üçün hədəfinin öhdəsindən layiqincə gələn komandaların duelinə şahidlik edəcəyik. Bölgənin eyniadlı təmsilçisi ötən həftə "Neftçi"nin "Səbail"ə qalib gəlməsi, özünün evdə "Araz-Naxçıvan"a uduzması səbəbindən turnir cədvəlində bir pillə irəliləmək imkanını əldən verdi. Ancaq "şirlər"in "futbol ili"ni 7-ci pillədə bitirəcəyi dəqiqləşib. Bu səbəbdən meydan sahiblərinin doğma azarkeşləri önündə qələbə qazanmaqdan başqa motivasiya mənbəyi yoxdu. Qızıl medalları yaxasından asan "Qarabağ" isə "Sabah"la oyunöncəsi sonuncu qarşılaşmasını keçirəcək. Ağdamlılar bu görüşə də mayın 31-nə qədər formadan düşməmək vasitəsi kimi baxacaq.
Komandalar indiyə qədər 77 dəfə qarşılaşıb. Bunların 13-də "Şamaxı", 40-da "Qarabağ" qələbə qazanıb, 24-də qalib müəyyənləşməyib. Topların nisbətində "köhlən atlar" öndədi - 114:46.
Sabah – Neftçi
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 12:+2=4-6, 10:16.
2018/19 – 1:2, 0:2; 2019/20 – 0:2; 2020/21 – 0:2, 2:2; 2021/22 – 1:2, 0:1; 2022/23 – 2:1, 2:0; 2023/24 – 1:1, 0:0; 2024/25 - 0:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-40-30.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı, "Bank Respublika Arena". Saat 19.30.
Paytaxt derbisi son turun prinsipiallıq daşıyan yeganə qarşılaşmasıdı desək, yanılmarıq. Çünki turnir cədvəlində qonşu olan komandalar ölkə kubokunun yarımfinalında da üz-üzə gəlmiş və Masazır təmsilçisi mərhələ adlamışdı. “Neftçi" həm bu zərbənin qisasını almaq, həm də qələbə qazanmaqla mövsümü 5-ci pillədə tamamlamaq şansını maksimum dəyərləndirməyə çalışacaq. Masazır təmsilçisinin işi isə bir qədər asandı. Həm doğma meydan amili, həm də aradakı xal fərqi "bayquşlar" üçün heç-heçənin də sərfəli nəticə olduğunu göstərir və ilk 35 premyer-liqa matçından 18-də "sülh"ə nail olan "Sabah"ın bunu növbəti dəfə bacaracağına inanmaq olar. Onsuz "tələbələr" də "Qarabağ" kimi final matçına hazırlaşır və mövsümün son oyunununda da döyüşkən oyun göstərmək məcburiyyətindədi.
Komandalar indiyə qədər 26 dəfə üz-üzə gəlib. Bunların 7-də "bayquşlar", 13-də "ağ-qaralar" qələbə qazanıb, 6-da qalib müəyyənləşməyib.
25 may
Turan Tovuz – Kəpəz

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 5:+5=0-0, 11:1.
2022/23 – 2:0, 2:0; 2023/24 – 4:0, 1:0; 2024/25 - 2:1.
Cəzalılar: Əli Səmədov, Luis Paçu (hər ikisi "Kəpəz").
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: FƏRİD HACIYEV, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz, şəhər stadionu. Saat 17.00.
Qərb derbisi də maraqla gözlənilən oyunlar sırasındadı. Xatırlayırsızsa, ilin ilk qarşılaşmasında gəncəlilər tovuzlulara meydanı dar etmiş, 5:2 hesablı vacib qələbə qazanmışdı. Odu ki, "bozqurd"un intiqam hissiylə alışıb-yandığına şübhə yoxdu. Ancaq "Kəpəz"in qış fasiləsindən sonra sabit nəticələr qazanmaqda çətinlik çəkmədiyini nəzərə almaqda fayda var. Onsuz da hər iki kollektiv üçün premyer-liqayla bağlı cavabsız sual qalmayıb. Belədə futbolçuların yetərincə arxayın çıxış edəcəyini proqnozlaşdıra bilərik. Qalan məsələlər isə meydanda həll olunacaq.
Komandalar indiyə qədər 11 dəfə qarşılaşıb. Bunların 7-də Tovuz, 3-də Gəncə təmsilçisi üç xala yiyələnib, 1-də "sülh" qeydə alınıb. Topların nisbətində "bozqurd" öndədi - 19:9.
Araz-Naxçıvan – Zirə
"Araz-Naxçıvan"ın bu rəqiblə ev oyunlarının balansı: 3:+1=1-1, 2:4.
2023/24 - 1:0, 0:3; 2024/25 - 1:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: CAVİD CƏLİLOV, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı, "Liv Bona Dea Arena". Saat 19.30.
Mövsümün sonuncu oyununa Mərdəkanda şahidlik edəcəyik. Burda tunirin ən güclü üç komandasından ikisi - "Araz-Naxçıvan"la "Zirə" qarşılaşacaq. Məlum olduğu kimi, "qartallar" 2-ci, "qırmızı-ağlar" 3-cü pilləni təmin edib. Yəni meydanda mövqe baxımından hansısa prinsipiallıqdan söhbət getməyəcək. Biz isə sadəcə, iki iddialı kollektivin yox, həm də iki təcrübəli mütəxəssisin duelindən zövq almağa çalışacağıq.
Komandalar indiyə qədər 7 dəfə üz-üzə gəlib. Bunların 3-də "qırmızı-qaralar", 2-də "qartallar" qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində qəsəbə təmsilçisinin minimal üstünlüyü var - 5:4.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri