Icma.az
close
up
RU
“Şamaxı” “Turan Tovuz”un ilk “üçlük” hədəfinə qənim kəsilə biləcək?

“Şamaxı” “Turan Tovuz”un ilk “üçlük” hədəfinə qənim kəsilə biləcək?

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Bu gün Misli premyer-liqasında 32-ci turun ilk oyunu keçiriləcək.

Qalan matçlar isə şənbə və bazar günlərinə təsadüf edəcək. Açılış qarşılaşmasında bölgə təmsilçilərinin – “Turan Tovuz”la “Şamaxı”nın duelinə şahidlik edəcəyik. “CBC Sport” oyunu canlı yayınlayacaq.
Misli premyer-liqası
4-cü dövrə, 32-ci tur
Turan Tovuz – Şamaxı 0:0

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 3:+1=1-1, 5:6.
2022/23 – 1:3, 1:1; 2024/25 – 3:2.
Cəzalı: yoxdu.
“Futbol+”in poqnozu: 40-40-20.
Tovuz, şəhər stadionu. Saat 19.00.
“Araz-Naxçıvan”la oyunda göydəndüşmə fürsəti əldən verən “Turan Tovuz”un avrokuboklara yollanmaq şansı bir qədər azaldı. Azlıqda qalan rəqibin qapısından top keçirməyə müvəffəq ola bilməyən “bozqurd” mövsümü ilk “üçlük”də bitirmək ehtimalına ciddi zərbə vurdu.

Düzdü, ölkə kubokuna “Qarabağ” yiyələnsə, tovuzluların ölkəmizi Avropa təmsil etməsi yolunda maneə qalmayacaq. Lakin hələ bu yöndəki mənzərə bulanıq görünür. Odu ki, Kurban Berdıyevin komandası qalan oyunlarda maksimum xal toplamalıdı. Kollektiv həm də zədəlilərin çoxluğunun, baş məşqçinin cəzalı olmasıyla bağlı yarana biləcək problemlərin öhdəsindən gəlməlidi.
İş ondadı ki, “Şamaxı”nın üzərində bu baxımdan ciddi təzyiq yoxdu. Əskinə, “şirlər” əsas rəqiblərindən sayılan “Kəpəz”i yenməklə premyer-liqada qlamaq vəzifəsinin öhdəsindən gəlməyin biraddımlığına çatdı. Belədə qonaqların psixoloji baxımdan daha arxayın çıxış edəcəyinə şübhə yoxdu. Meydan sahibləri üçün isə heç-heçə belə sərfəli nəticə sayıla bilməz. Hər halda, mövsümün sonuna qədər nələrin baş verəcəyini bilmirik. Necə deyərlər, ehtiyat igidin yaraşığıdı.
Bu komandalar indiyə qədər 7 dəfə qarşılaşıb. Bunların 1-də “Şamaxı”, 4-də “Turan Tovuz” qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində “bozqurd” öndədi - 10:8.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Aprel 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri